Tarix: 2017 mart 15
Mənbə:

Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirildi

Mart ayının 14-ü “Fərid palace” şadlıq evində Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib. 
Tədbirin   keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi və milli irsimizin təbliğ edilməsi olub.
Tədbirdə sağlamlıq imkanları məhdud olan, valideyin himayəsindən məhrum,  məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gənc iştirak edib.