Tarix: 25.09.2017 09:45
Mənbə:

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı

21  Sentyabr 2017-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan “Beynəlxalq Xəzəryanı Gənclər forumu” 23 sentyabr tarixində yekunlaşdırıb. 
Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini  Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edərək, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da  inkişaf etdirəcəyinə,  gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da  münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirildi.
Qazaxıstanın Dini işlər və  vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbaev, Qazaxıstanın Təhsil və elm nazirinin müşaviri Aryn Orsariyev, İran İslam Respublikasının  Qazaxıstandakı konsulu Mahmud Adib və digər rəsmilər də çıxış edərək forumun önəmində danışdılar. 
Azərbaycanın respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, öz çıxışında gənclərin ictimai siyasi proseslərdə önəmli rol oynadıqlarını bildirirək,   forum iştirakçılarına  Azərbaycanda aparılan gənclər siyasəti, qəbul olunan dövlər proqramları, yerli və beynəlxalq səviyyədə gerçəkləşən tədbirlər, layihələr haqında məlumat verib, hər iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə keçirilən bu forumun gənclər siysəti tarixində öz yerini tutacağına əminliyini  bildirdi. 
Forumun davamı olaraq Milli Məclisin deputatı Şahin İsmayılov, eyni zamanda  Azərbaycanın  müxtəlif hökümət və  qeyri hökumət  gənclər təşkilatları və müxtəlif qurumlarının aktiv gənclərinin iştirakı ilə    “Mədəni həyatda gənclərin rolu: dəyərlər, arxetiplər və hədəflər”, “Gənclər həyatının dizaynı”, “Yeni liderlərin hazırlanması” və digər mövzularda panel iclaslar keçirildi.
Forum  Azərbaycan və Qazaxıstan mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən  konsert proqramı ilə başda çatdı.