“Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərginin keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən 21 noyabr 2017-ci il tarixi saat 11.30-da “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçirililəcək.
Gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir.
Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Sərgi aşağıdakı üslublar üzrə keçirilir:
- monumental rəngkarlıq
- dəzgah rəngkarlığı
- offort
- linoqravyura
- Kvillinq
- xəttatlıq
- batika
- keramika
- rəngkarlıq
- heykəltəraşlıq
- ebru sənəti
- qrafika
- qravüra
- landşaft dizaynı
- vitraj
- mayolika
- ksiloqrafiya
- silkoqrafiya
- təkəlduz
- və s.
İştirakçılara Nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcəkdir. Arzu edənlər öz işlərini 16 noyabr 2017-ci il tarixinədək Gənclər və İdman Nazirliyinə (212-ci otaq, G.Rəhimovaya) təqdim edə bilərlər. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.
Əlaqə nömrəsi: + 994 51 811 80 47
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə keçirilir.