Tarix: 14.03.2018 14:00
Mənbə:

“Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçirildi

13 mart 2018-ci il tarixdə saat 12.00-da 14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, milli geyimlərin hazırlanması istiqamətləri üzrə işlərini nümayiş etdirməl məqsədi ilə “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçirildi.

 Art festivalın keçirilməsində məqsəd  gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, onlara dövlət qayğısının artırılması, eyni zamanda adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsi idi.

 Festivalda Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şəki, İsmayıllı, Biləsuvar, Quba, Şəmkir, Gəncə, Mingəçevirdən dekorativ - tətbiqi sənət ustalarının əl işləri, xalq sənətkarlığı nümunələri nümayiş olundu. Qeyd edək ki, sərgidə Bakı və Şəki şəhərlərindən olan gənc sənətkarlar üstünlük təşkil edir  və onların hazırladıqları işlər çox böyük maraqla qarşılandı

 16 mart 2018-ci il tarixinə qədər davam edəcək art festivalın açılış mərasimində dövlət rəsmilərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.

İştirakçılara Gənclər və İdman Nazirliyinin diplomları təqdim ediləcəkdir.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir.