"Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 6-27 mart 2017-ci il tarixlərdə gənclər arasında "Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edir.
Müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Belarus Respublikası haqqında məlumatlılığın artırılması və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir.
16-29 yaş arasında gənclər müsabiqədə iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən hər bir müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap olunmamış və 2500 sözdən artıq olmayan esselərə müsabiqəyə qatıla bilər. Azərbaycan, rus və ya belarus dillərində yazıla bilən esselərin mövzuları aşağıdakılardır:
· Fəth edilməmiş torpaq: Belarus tarixində müstəqillik uğrunda mübarizə;
· Əsrlər boyu yaşayan adlar. Belarus onlarla fəxr edir;
· Belarus Böyük Vətən müharibəsi zamanı (1941-1945);
· Müasir Belarus;
· Ağ qanadlar altında torpaq: Belarus təbiətinin zənginliyi;
· Belarusda multikulturalizm: Müxtəlif xalqların və dinlərin Belarusda birgə yaşayışı.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
· esse
· müəllif tərəfindən doldurulmuş https://moysdata.blob.core.windows.net/uploaded/ishtirakci%20vereqe.docx (nümunə əlavə olunur)
· şəxsiyyəti təsdiq edən sənəd və ya onu əvəz edən sənədin surəti
Esselər yalnız elektron formatda esse.musabiqe.2017@gmail.com elektron poçt ünvanında qəbul olunur. İştirak şərtləri barədə daha ətraflı məlumat müsabiqənin https://moysdata.blob.core.windows.net/uploaded/esasname%20esse.docx qeyd olunmuşdur.
Qeyd edək ki, müsabiqədə ilk beş yeri tutmuş qaliblər xüsusi diplomlar və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.