Tarix: 2017 fevral 02
Mənbə: http://mys.gov.az

2 fevral – Azərbaycan gəncləri günü

2 fevral ölkədə Azərbaycan gəncləri günü kimi qeyd olunur. 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq ümummulli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I Forumu keçirilmişdir. Ölkədə gənclər hərəkatına və dövlət gənclər siyasətinin həyata keçirilməsinə təkan verən Forumun keçirildiyi 2 fevral tarixi isə Azərbaycan gəncləri günü elan edilmişdir.

Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması münasibətilə Gənclər və İdman Nazirliyi, eləcə də yerlərdə Gənclər və İdman İdarələri tərəfindən gənclərin iştirakı ilə müxtəlif tədbirlər, görüşlər, sərgilər, bayram konsertləri keçirilir. Eyni zamanda müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaq məqsədilə Nazirlik tərəfindən istedadlı və yaradıcı gənclərə mükafatlar təqdim edilir. Mükafat elm, təhsil, mədəniyyət, incəsənət sahəsində və respublikanın ictimai həyatında uğur əldə etmiş gənclərə verilir. 1999-cu ildən etibarən təsis edilən ənənəvi mükafata bu günə qədər 500-dən çox gənc layiq görülmüşdür.

5 fevral 2014-cü il tarixdə keçirilən istedadlı və yaradıcı gənclərin növbəti mükafatlandırma mərasimində də respublikada dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş 25 yaradıcı və istedadlı gənc mükafat ilə təltif olunmuşdur:

 

  • Starçuk Maksim Lvoviç - memar
  • Abbasov Mürsəl Telman oğlu - rəssam
  • Mustafayeva Ruqiyə Elçin qızı - memar
  • Şərifov Mətin Əbdüləli oğlu - rəssam
  • Seyidova Ceyla Uran qızı - skripka ifaçısı
  • Şıxıyev Tofiq Şıxı oğlu - fortepiano ifaçısı
  • Əlili Gültac Müzəffər qızı - aktrisa
  • Məmmədov Murad Məmməd oğlu - aktyor
  • Piriyev Emin Sabir oğlu - şair
  • Kərimova Aysel Süleyman qızı - şairə
  • Ələsgərova Gülnar Vahid qızı - kulinar
  • Aşurov Ağa Fərhad oğlu - kulinar
  • Əliyev Fikrət Vahid oğlu - gənc alim
  • Xəlilova Xuraman Nüsrət qızı - gənc alim
  • Siracov Nüsrət Nəcməddin oğlu - gənc alim
  • Əliyev Fərid Nazi oğlu - memar
  • Əmirxanlı Əminə Sacəddin qızı - şagird
  • Səttarova Ülkər Eldar qızı - gənc alim
  • Əmiraslanov Nəriman Sabir oğlu - fortepiano ifaçısı
  • Kazımov Aqşin Nəsrəddin oğlu - rəssam
  • Səmədli Soltan Bayram oğlu - tar ifaçısı
  • Nəsrullayev İbrahim İsmayıl oğlu - vokal ifaçısı
  • Həsənov Yasin Etibar oğlu - vokal ifaçısı
  • Nərimanova Aysel Vüqar qızı - ifaçı
  • Həsənov Fərid Münasib oğlu - ifaçı

 

2013-cü ildəki ictimai fəallığı və həyata keçirdiyi uğurlu layihələri ilə fərqlənən bir neçə gənclər və tələbə təşkilatları da Gənclər və İdman Nazirliyinin xüsusi diplomlarına layiq görülmüşlər:   

  • "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı
  • Gənc Hüquqşünaslar Birliyi
  • "Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı" İctimai Birliyi
  • "Gənc Xəzər Mühəndisləri" İctimai Birliyi
  • Azərbaycan Könüllülər İctimai Birliyi
  • "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyi
  • Azərbaycan Dövlət İqtisad UniversitetininTələbə Gənclər Təşkilatı
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı
  • Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatı
  • Mingəçevir Politexnik İnstitutunun Tələbə Gənclər Təşkilatı
  • Azərbaycan Maliyyə-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatı