Tarix: 2014 yanvar 01
Mənbə:

"Breyn-rinq" oyunu üzrə televiziya layihələri

Gənclər və İdman Nazirliyinin və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə hər il iki mövsüm olmaqla "Breyn-rinq" intellektual oyununun televiziya layihələri hazırlanır. Televiziya layihələri gənclərin intellektual hərəkata cəlb edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə həyata keçirilir.

2014-cü ilin yaz və payız mövsümündə respublikanın 16 regionundan 59 komanda verilişlərin çəkilişində iştirak etmişdir.

2014-cü ildə yeni bir televiziya layihəsi  olan "Azərbaycan Respublikası Prezideti Kuboku uğrunda Beynəlxalq turnir" də həyata keçirilmişdir. Turnirdə Amerika Birləşmiş Ştatları, Almaniya, Belarusiya, Gürcüstan, İsrail, Qazaxstan, Latviya, Rusiya Federasiyası, Özbəkistan, Ukrayna və Azərbaycanın yığma komandaları yarışmışlar. Ölkəmizi turnirdə yığma komanda ilə bərabər 2013-cü il "Breyn-rinq" üzrə Azərbaycan Çempionatının qalibi "İçərişəhər" komandası da təmsil etmişdir. 2012-ci ilin "Breyn-rinq" üzrə Dünya Çempionatının qalibi, Rusiya Federasiyasının yığma komandası 1-ci yeri tutmuşdur.