Azərbaycanda Şən və Hazırcavablar Klubu (ŞHK)
Azərbaycanda Şən və Hazırcavablar Klubu (ŞHK) hərəkatı yenidən canlandı
Şən və Hazırcavablar Klubu (ŞHK) ənənələrinin davam etdirilməsi məqsədilə 2014-cü ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ŞHK tarixində ilk dəfə olaraq Azərbaycan Regional Liqası keçirilmişdir. Yeni və gənc ŞHK komandalarını bir araya toplayan Liqa istedadlı gənclərə özünüinkişaf etdirmək, beynəlxalq ŞHK hərəkatında uğurla çıxış edərək Azərbaycanı layiqlə təmsil etmək imkanı yaradır.
Liqanın ilk oyunlarına 14-17 may 2014-cü il tarixlərdə 1/8 final mərhələsi ilə start verilmişdir. Bu oyunlara milli komandalarla yanaşı xarici komandalar da qatılmış, ümumilikdə 19 komanda yarışmışdır.
Azərbaycan ŞHK Liqasının 8-12 noyabr 2014-cü il tarixlərdə keçirilmiş final oyunlarında iştirak edən 9 komanda arasından qaliblər aşağıdakı qaydada müəyyənləşmişdir:
- 1-ci yer - "Sparta" (Qazaxstan)
- 2-ci yer - "Gürcüstan yığması"
- 3-cü yer - "Çak Norris" (Azərbaycan)
Çıxışları ilə həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətinin qazanan gənc "Çak Norris" komandası "Bakı yığması" komandası ilə bərabər 2015-ci ilin yanvar ayında Soçi şəhərində keçiriləcək ŞHK Beynəlxalq Çempionatında iştirak etmək imkanı da qazanmış oldu.