Prezident: Əliyev Namiq (prezident əvəzi)
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 2
Telefon: 012 566 55 81
E-mail: info@awf.az
İnternet sayt: http://awf.az

Azərbaycan Güləş Federasiyası

Ölkəmizdə güləş aparıcı idman növlərindən biri sayılır.

AGF-nin rəhbərliyi güləşin inkişafı üçün vacib saydığı məsələləri daima diqqət mərkəzində saxlamaqla bərabər mərhələli sürətlə həyata keçirir.

AGF-nin məqsədyönlü və taktiki strateqiyasına əsasən 2007-ci ildən başlayaraq sərbəst, Yunan-Roma güləşi ilə yanaşı Azərbaycanda qadın güləşidə inkişaf etdirilir.

Ölkəmizdə güləşin inkişaf dislakasiyasına əsasən AGF-nin nəzdində 8 Regional nümayəndəlik fəaliyyət göstərir.

2008-ci ildə Pekində keçirilən XXlX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə isə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında hər üç güləş növü üzrə İdmançılarımız 2 qızıl, 2 gümüş, 3 bürünc medal olmaqla ümumilikdə 11 medal qazanmışlar.

2016-cı il avqustun 5-dən  21-dək Brazilyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXl Yay Olimpiya Oyunlarına güləşçilər 14 lisenziya qazanmışlar.

Hal-hazırda Olimpiya Oyunlarına hazırlıq üzrə yığma komandaların idmançıları sonuncu hazırlıq üzrə TMT-nı davam etdirirlər.

Federasiya tərəfindən nəzərdə tutulan tədbirlər federasiya rəhbərliyinin daima nəzarəti diqqəti və qayğısı altındadır.