Prezident: Kazım Xanlar oğlu Qurbanov
Ünvan: Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 2-ci Y/massiv 194
Telefon: 012 511-12-42
E-mail: office@amina-azif.az
İnternet sayt: https://amina-azif.az/

Azərbaycan Milli İdman Növləri Assosiasiyası

Azərbaycan  Respublikası Milli İdman Növləri Assosiasiyası Nizamnaməyə  uyğun  olaraq respublika milli idman növlərinin inkişafını həyata  keçirən  və idarə edən, xeyriyyəçi, könüllü, ictimai  idman  təşkilatıdır. Assosiasiya Azərbaycan SSR Nazirlər Sovetinin 6 iyun 1990-cı il 246 №li qararına müvafiq olaraq və Assosiasiya iştirakçılarının təsis konfransının 25 aprel 1990-cı il qərarı ilə yaradılmışdır.

Assosiasiya hüquqi şəxs olaraq öz möhürü, bankda hesabı, ştamp və atributikasına malikdir. Assosiasiya Azərbaycan Milli İdman Növləri Federasiyaları (Milli güləş, Milli qurşaq güləşi, Nərd, At üstü Milli oyunlar, Mütəhərrik oyunlar, Zorxana və pəhlivan güləşi) özündə  cəmləşdirməklə öz fəaliyyətini həyata keçirir. Assosiasiyanın tərkibinə milli idman növləri üzrə yığma komandalar daxildir.

Assosiasiya onun üzərinə düşən vəziflərlə birlikdə aşağıdakı funksiyaları  

yerinə yetirir:

-respublika milli idman növlərinin inkişaf etdirilməsinin məqsədyönlü   

   kompleks proqramını hazırlayır və reallaşdırır;

- milli idman növləri üzrə idman yarışlarının qaydalarını proqramını,  və 

 ölkə daxili yarışların əsasnamələrini hazırlayır təsdiq edir;

-Azərbaycan Respublikasının ərazisində milli idman növləri üzrə respublika 

  və beynəlxalq yarışları təşkil edir və keçirir;

- digər təşkilatlarla birlikdə beynəlxalq tədbirlərdə və proqramlarda iştirak 

  edir.

-  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 

  «Assosiasiyaya daxil olan milli idman növləri üzrə yığma komandalar 

    haqqında əsasnamə»ni təsdiq edir;

-  milli idman növləri üzrə idman təsnifatı normativlərini və tələblərini  

    işləyib hazırlayır və təsdiq üçün Azərbaycan Respublikası Gənclər və 

     İdman Nazirliyinə təqdim edir.

-  milli - xalq idman növləri üzrə beynlxalq miqyasda assosiasiyanın 

    maraqlarını təmsil edir;

-  digər ölkələrdə analoji assosiasiyalarla, federasiyalarla əməkdaşlıq edir;

-  məşqçi kadrların və digər mütəxəssislərin hazırlanması, seçilməsi 

   işində iştirak edir, ali məktəbdə təhsil alan milli idman növləri üzrə 

   qabiliyyətli tələblər üçün təqaüd təyin edir.

 

Assosiasiya respublikanın şəhər və rayonlarında yeni bölmlərin yaranması və fəaliyyəti, bu idman növlərinin maddi texniki bazasının möhkmləndirilməsi və digər aktual məsələlərin həllində fəal iştirak edir.

Böyüməkdə olan gənc nəslin fiziki hazırlığını təmin etmək, onların əməyə və ölkənin müdafiəsinə hazır olmaları naminə assosiasiya təhsil nazirliyi qarşısında Milli güləş idmanın ümumtəhsil məktəblərinin bədən tərbiyəsi proqramına saldırılmasına 1992-ci ildə   və 2009/10 –cu tədris ilindən etibarən Zorxana və pəhləvan güləş idman   növünün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fənn kimi tədris olunmasına nail olmuşdur.

1990-cı ildən AMİNA-nın prezidenti beynəlxalq dərəcəli hakim, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Xanlar Kazım oğlu Qurbanovdur.

Xanlar Qurbanov 07.09.2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində  Avropa Zorxana İdmanı Konfedrasiyasının  hesabat seçki konfransında  Federasiyanın  vitse – prezidenti və texniki komitəsinin sədri seçilmişdir.

2009- cu ildə  Zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə  qalib gələrək I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən  Vüqar Qurbanov “ Cahan pəhləvanı” (dünya pəhləvanı) adına  layiq görüldü  və “Qızıl bazubənd”lə təltif edildi.