Prezident: Rəhimov İlqar Elxan oğlu
Ünvan: Azərbaycan/Bakı, Xətai Rayonu Süleyman Vəzirov Küçəsi 11E AZ-1025
Telefon: (012) 490-29-93
E-mail: azenpc@outlook.com
İnternet sayt: https://www.paralympic.az

Azərbaycan Milli Paralimpiya Komitəsi

Məqsəd və vəzifələri:
AMPK-nin əsas məqsədi Azərbaycan Respublikasında paralimpiya hərəkatını inkişaf etdirmək və möhkəmləndirməklə beynəlxalq paralimpiya hərəkatı dəstəkləməkdən ibarətdir.
AMPK məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- paralimpiya oyunlarına milli yığma komandaların hazırlığı və müvəffəqiyyətli iştirakın təşkil;
- paralimpiya idman növləri üzrə Respublika çempionatı turnir və yarışların keçirilməsi;
- Azərbaycan əlil idmanının beynəlxalq səviyyədə mövqeyin möhkəmləndirilməsi və yüksəldilməsi;
- əlilliyi olan insanların sağlamlıq imkanları məhdud uşaqların və gənclərin bədən tərbiyəsi və idman vəsitəsi ilə fiziki mənəvi tərbiyəsi və reabilitasiyası;
- paralimpiyaçı idmançılara, onların məşqçilərinə hakimlərə və komitədə çalışan əməkdaşlara fəxri adların alınması üçün dövlət  orqanların təqdimatların verilməsi;
- əlilliyi olan insanların bədən tərbiyəsi və idmanla məşğulu msələlərinə dair təklif və proqramların hazırlanıb dövlət orqanlarına və digər qurumlara təqdim edilməsi.
Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün AMPK:
- müxtəlif kurslar və seminarlar dəyirmi masa və görüşlər, sərglər təşkil keçirir;
- məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır qanunvericiliyi müvafiq qaydada mətbu nəşrlər təsis edir;
- Azərbaycan Respublikasının aidiyəti dövlət bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
AMPK dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddət üzvlərinin reyestrinin aparılmasını təmin edir.
AMPK Azərbaycan Respublikasının, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.