Prezident: Vüqar Cəbrayıl oğlu Əhmədov
Ünvan: Bakı şəhəri, N.Nərimanov prospekti 206
Telefon: (050) 250-50-58
E-mail: office@amaf.az
İnternet sayt: www.akaf.az

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

Federasiya məqsədlərinə nail olmaq üçün öz fəaliyyətini aşağıdaki istiqamətlərə yönəldir:

Federasiya idmanı təbliğ edir və onu inkişaf etdirir, bu məqsədlə kütləvi informasiya vasitələrindən istifadə etməklə ictimai tədbirlər keçirir, o cümlədən bu sahədə:

Proqramlar işləyib hazırlayır, treninq kursları, təlim toplantıları, seminarlar, simpoziumlar təşkil edir;

Azərbaycan respublikası daxilində avarçəkmə və kanoe üzrə yerli və ya beynəlxalq müsabiqələr, çempionatlar keçirir.

Avarçəkmə və kanoe idman növləri üzrə klubların açılmasını təmin edir və həmin klublara üzvlər cəlb etmək üçün həmin klublar haqqında geniş informasiya yayır:

Həmin klubların artırılması üçün tədbirlər görür;

Bəynalxalq çəkişmə qaydalarına uyğunlaşdırılmış yerli çəkişmə qaydalarını işləyib hazırlayır;

Avarçəkmə bazalarının və yaxud klubların tikilməsində iştirak edir və onların layihə smeta  sənədlərinin hazırlanması üçün müsabiqə elan edir;

Beynəlxalq təşkilatlar və xarici ölkələrin milli federasiyaları ilə əlaqələrini və əməkdaşlığını möhkəmləndirir, inkişaf etdirir;

Avarçəkmə və kanoe üzrə idman növləri təmiz hava, təmiz su tələb etməsi ilə əlaqədar ətraf mühitin təmizlənməsi proqramların işləyib hazırlanmasında iştirak edir, yerli dövlət ekologiya orqanları ilə əməkdaşlıq edir;

Federasiyanın simvolikası ilə mükafat atributlarının buraxılmasını təşkil edir;

Avarçəkmə və kanoe idman növləri üzrə idman inventarında, avadanlığında, geyimində və ayaqqabılarında təlabatı öyrənir, bununla bağlı idman təyinatlı məhsulları, digər idman vasitələrini əldə edir və istehsal edir;

İdman qurğuları, tikililərini əldə edir və icarəyə verir;

Avarçəkmə və kanoe idman növləri üzrə təcrübə mübadiləsi aparır, bu sahədə yeni istiqamətlər öyrənir və bununla bağlı müasir ədəbiyyatın dərc olunmasında və yayılmasında iştirak edir;

Dopinq və başqa narkotik və ya psixotrop bəndlərinin istifadə etməsinə qarşı mübarizə ilə bağlı proqramlar işləyib hazırlayır;

İdmançıların, məşqçilərin, hakimlərin hüquq və maraqlarının müdafiəsini təmin edir;

Hər il üçün yığma komandaların və məşqçilərin heyətini müəyyənləşdirir və həmin idman növləri üzrə idman hakimlərinin hazırlanması işləri ilə məşğul olur;

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qadağan olunmayan, həmçinin bu nizamnamədə göstərilməyən başqa növ fəaliyyətləri müəyyən edilmiş qaydada həyata keçirir.