Mətbuat

Xəbərlər

hamısına bax

Məqalələr

hamısına bax

Nazirin Nöqteyi-Nəzəri №26

 Qalib xalqın gəncləriƏziz gənclər və idmançılar!İl sona yaxınlaşdıqca qazanılan nailiyyətlərin intensivliyi də artır. İdmançılarımız uğurlu çıxışlarını bu ay da davam etdirdilər. Ənənəvi olaraq, qalib idmançılarımızla görüşdə onların sayının çox olması da bunun bariz nümunəsi idi. Müxtəlif növlərdə təmsilçilərimiz möhtəşəm himnimizi 17 ölkədə səsləndirməyə nail olublar. Həmin idmançılarla görüşümüzdə də onları təbrik etdik və qələbə təəssüratlarını dinlədik. Bolqarıstana səfərim zamanı 31-ci Avropa çempionatında uğurla çıxış edən akrobatlar və məşqçilərlə isə elə yarışdan dərhal sonra Varna şəhərində görüşmək imkanım oldu. Daha bir görüşümüz isə minifutbol üzrə dünya çempionatına yollanan milli komandamızla oldu. Federasiyasının prezidenti Orxan Məmmədovla birlikdə komanda üzvləri ilə görüşüb onlara uğurlar arzuladıq. İnanıram ki, Avropa çempionu titulu ilə yollanmış komandamız uğurlu çıxış edəcək.Böyük Qayıdışın tərkib hissəsi olan idman infrastrukturu dövlətin diqqət mərkəzindədir. Ötən ayın ən fəxr edilməli hadisələrindən biri dövlətimizin başçısı cənab İlham Əliyevin Füzuli şəhərində idman kompleksinin təməlini qoyması oldu. Ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin təşkilinə imkan verən idman qurğusu inşa ediləcək.Futbol azarkeşlərini sevindirəcək daha bir xəbər isə prezidentimiz cənab İlham Əliyevin Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı imzaladığı Sərəncam oldu. Dövlətimizin başçısı həmçinin yeni inşa edilmiş Sumqayıt şəhər stadionunda yaradılmış şəraitlə də tanış olub.Bu ay daha bir əlamətdar hadisə, uşaq futboluna yönəlmiş layihəmizin – “Ulduz” Futbol Akademiyasının açılışı oldu. Bakının Şağan qəsəbəsində yerləşən Akademiyaya paytaxt və bölgələrdə aparılmış seleksiya nəticəsində 700-dən çox uşaq arasından 69 ən istedadlısı seçilib və məşqlərə cəlb edilib. Bu uşaqlar hazırda Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində qalırlar və eyni orta məktəbdə təhsillərini davam etdirirlər. Təcrübəli mütəxəssislər tərəfindən gündəlik məşqlərini davam etdirən uşaqların qidalanması və digər ehtiyacları Akademiya tərəfindən qarşılanır. İnanıram ki, 10, 11, 12 və 13 yaşlı bu uşaqlar gələcəkdə milli komandamızın əsas özəyini təşkil edəcəklər. Ümid edirəm ki, belə akademiyalar klublar tərəfindən də açılacaq.Ötən ay növbəti səfərimiz cənub bölgəsinə oldu. Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul etdik. Səfər çərçivəsində Lənkəranın Liman şəhərində Regional Boks Mərkəzinin mövcud vəziyyəti ilə maraqlandıq. Eləcə də əsas məqsədi idmanda kütləvilik olan daha bir layihəmizin, növbəti “Sağlam məhəllə”nin açılışını etdik. Bu dəfə idman zonasını Lənkəran şəhərində, əhalinin sıx yaşadığı binaların əhatəsində istifadəyə verdik. İnanıram ki, bu məhəllələr sağlam gənc nəslin yetişməsi üçün faydalı olacaq. İdmanın kütləviliyi və sağlam həyat tərzinin əhali arasında daha geniş yayılması məqsədilə görülən işlərimiz də davam edir. "İdman hamı üçün" layihəsi çərçivəsində avarçəkmə, zorxana milli idman növü və mas-reslinq üzrə təlimlər təşkil edilib. Həmçinin Mingəçevirdə “Sağlam həyat” günləri keçirildi. Bütün bunlar sağlam gələcəyin və əhalinin idmana marağının artırılması məqsədini daşıyır. Azərbaycanda beynəlxalq yarışların təşkili ənənəsi bu ay da davam etdi. Bu dəfə Bakıda kəmər güləşi üzrə Avropa çempionatı, eləcə də qolf üzrə "Azərbaycan Zəfər" turniri keçirildi. Mingəçevir isə növbəti dəfə kanoe və avarçəkmə üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə, həmçinin kişilərdən ibarət “Kür” həndbol komandasının EHF Avropa kuboku uğrunda oyuna ev sahibliyi etdi. Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasının keçirilməsi isə beynəlxalq qurumların ölkəmizə etimadının növbəti nümunəsi oldu. Bakıda lCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, UNlCEF-in Azərbaycandakı nümayəndəsi, missiyasını bu günlərdə başa vuran Alex Heykenslə görüşlərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə etdik. Səudiyyə Ərəbistanının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri İssam Saleh əl-Cuteyli və Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu ilə görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri mövzusunda fikir mübadiləsi apardıq. İstanbulda Avropa Olimpiya Komitələrinin 52-ci Baş Assambleyasında beynəlxalq qurumların rəhbərləri və həmkarlarımla görüşdüm. Həmkarlarımla növbəti görüşüm Parisdə, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında oldu. Parisdə həmçinin Konvensiyanın Büro üzvü və Büronun sədr müavini seçildik. Konfransda çıxışım zamanı ölkəmizin idman siyasəti və görülən işlər barədə də məlumat verdim. Ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Vll Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirildi.    Ənənəyə əsasən, nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə də görüşdüm. Gənclərin təəssüratlarını və beynəlxalq tədbirlərdə qazandıqları təcrübələrini dinlədim. Gənclərin istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində fəallığı vacibdir. Qeyd edim ki, gənclərimiz “Enactus” dünya kubokunda iştirak ediblər. Həmçinin Fransanın Strasburq şəhərində Avropa Şurasının gənclərlə iş üzrə Avropa İdarəetmə Komitəsinin 71-ci və Gənclərlə iş üzrə Birgə Şuranın 49-cu iclasında ölkəmiz təmsil olunub. Səmərqənd şəhərində l Özbəkistan - Azərbaycan Gənclər Forumunda iştirak edən gənclərimiz isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının 6-cı iclasında, eləcə də, Beynəlxalq Gənc Liderlər Forumunda və “Nəsillərin dialoqu” adlı iclasında da ölkəmizi təmsil ediblər.   “SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması münasibətilə təşkil edilən tədbirdə də iştirak etməyə fürsətim oldu. Sevindirici haldır ki, könüllülük hərəkatı ölkəmizdə günbəgün inkişaf edir. Könüllülər sırasına yeni qatılanları gördükcə bir daha əmin oldum ki, gənclərimiz yetərincə fəal və bacarıqlıdırlar. Yeni könüllüləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır və bu gözəl təşəbbüsə görə SOCAR-a, şəxsən şirkətin prezidenti Rövşən Nəcəfə təşəkkürümü bildirirəm.      "Türkiyə - Azərbaycan Mütəxəssis Mübadiləsi Proqramı" çərçivəsində Türkiyə Gənclər və İdman Nazirliyinin 10 əməkdaşının ölkəmizə səfəri, ardınca isə bizim əməkdaşların qardaş ölkəyə səfəri iki dövlət arasında gənclər siyasəti sahəsində əməkdaşlığın davamı sayıla bilər.   "Poliqon" gənclərin hərbi-vətənpərvərlik oyunları düşərgəsində yeni yanaşmanı tətbiq etməyimiz maraqla qarşılandı. Azərbaycan universitetlərinin tələbələri hər həftəsonu Quba Olimpiya İdman Kompleksində düşərgədə iştirak edir. Düşərgədə peşəkar təlimçilərlə gənclərin həm fiziki aktivlikləri yüksəlir, həm asudə vaxtları faydalı keçir, həm də hərbi hazırlıq barədə bilik və bacarıqları artırılır. İlkin nəticələr göstərir ki, düşərgə barədə tələbələrin rəyləri çox müsbətdir və bu tendensiyanı davam etdirəcəyik.Oktyabr ayı təkcə idmanımız və gənclərimiz üçün deyil, bütün xalqımız və dövlətimiz üçün uğurlu tarix, şərəfli səhifə oldu. Qazanılan Zəfərdə Azərbaycan gənci də öz sözünü dedi. Gənclərimizin vətənpərvərliyini və fədakarlığını da Ali Baş Komandanımız xüsusi qeyd etdi: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi”. Bəli, bu gün müasir inkişafla ayaqlaşan və Vətənini sevən Azərbaycan gəncliyi var. Yeni, qalib Azərbaycanın gəncləri və idmançıları dünən olduğu kimi, bu gün də, sabah da Vətənin bayrağını və şərəfini daim uca tutacaqlar.  Fərid Qayıbov,gənclər və idman naziri 

Ətraflı

Müsahibələr

hamısına bax

Fərid Qayıbov: "Ölkəmizdə güllə atıcılığı ilə bağlı şərait yüksək səviyyədədir"

Ətraflı

Qalereya

Saytın əsas qalereyası

Ətraflı

Mətbuatda

Gənclər və İdman Nazirliyi mətbuatda

Ətraflı

İdman qəzeti

İdman qəzeti

Ətraflı