Interviewee: Fərid Qayıbov
Tarix: 2022 aprel 17

Fərid Qayıbov: Rafiq Hüseynov kimi idmançılara ehtiyacımız var

 

"Bizim Rafiq Hüseynov kimi idmançılara ehtiyacımız var". Bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynova həsr olunan verilişin təqdimat mərasimindən öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, titullu idmançı haqqında çox danışmaq olar: "Demək olar ki, hər yarışdan medalları var. Dünya və üçqat Avropa çempionumuzdur. Medal qazanmadığı yarış yoxdur. Eyni zamanda çox yaxşı və qabiliyyətli insandır. Valideynlərinə belə bir övlad yetişdirdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm. İdmançılarımız öz davranışları ilə gənclərə nümunə olmalıdır. Necə ki, Rafiq bunu edir. İdmançıların davranışları düzgün olmasa, gənclərimiz idmandan küsərlər".

Nazir həmçinin verilişi hazırlayan "Motivator Azerbaijan"ın rəhbərliyinə də təşəkkür edib: "İdmanın təbliğinda bizə kömək etidiyinizə görə təşəkkürümü bildirirəm. İnanıram ki, bu, sonuncu layihəniz deyil. Gələcəkdə bunların sayı daha da artacaq və gözəl rəqabət yaranacaq. İnsanlar idmançılarımızı daha yaxından tanıyacaq. Belə təbliğatlar çox olmalıdır".

Report.az