İsmayıl İsmayılov və İndira Hacıyeva Vladimir Putin tərəfindən mükafatlandırıldılar
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin gənclər şöbəsinin müdiri İndira Hacıyeva MDB-ə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları aktiv fəaliyyətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar.