Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İyulun 26-sı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 24-cü ildönümüdür. Nazirlik ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanına əsasən yaradılıb.
Bu münasibətlə nazirliyin məsul əməkdaşları iyulun 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb