Tarix: 25.12.2018 17:20
Mənbə:
Baxışlar: 715

"İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirildi

Bu gün Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirildi. 
Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqə 4 nominasiya üzrə aparılıb:

«Texniki innovasiyalar»;

«Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar;

«İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri»;

«Sosial sahə və təhsil».

Müsabiqəyə müxtəlif ali təhsil ocaqları, gənc alimlər tərəfindən 187 layihə təqdim olunub və seçilmiş 25 ən yaxşı iş bu gün "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində sərgilənib. 14 qalib isə diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin sahibi 300 manat, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif edilib.

Məluamt üçün bildirək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1 (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilib.

Sərgi çərçivəsində eyni zamanda müxtəlif elmi şoular təşkil edilib, elmi eksponatlar nümayiş edilib, müxtəlif elmi viktorinalar keçirilib.