Tarix: 30.10.2019 06:15
Mənbə:
Baxışlar: 75

Parisdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

UNESCO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub.

Azad Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.

Görüşdə Azərbaycan-UNESCO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər də görüş zamanı müzakirə mərkəzində olub. Bununla yanaşı, ölkəmizin Tərəflər Konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər də diqqət  mərkəzində olub.

Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.