Tarix: 04.11.2019 21:26
Mənbə:
Baxışlar: 70

Bakıda Altıncı Bayraq Festivalı keçirilib

Noyabrın 4-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib.
Festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır. Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival təşkil edir. Sayca altıncı olan bugünkü festival bədii-kütləvi tədbirdir. Bu il formatı genişləndirmişik. Gənclər və İdman Nazirliyi noyabrın 1-də “İradənlə qalib gəl” kampaniyasına start verib. Bu kampaniya çərçivəsində bir sıra aksiyalar keçirilib. İlk aksiya noyabrın 1-3-də nazirliyin balansındakı 34 Olimpiya İdman Kompleksində “açıq qapı günü” oldu. Bayraq Festivalı həmin kampaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir. Bu tədbirlər noyabrın 9-dək Azərbaycanın şəhər və rayonlarında davam edəcək”.
Festival bədii hissə ilə davam edib.

https://www.youtube.com/watch?v=wob8V0ldU6M