Tarix: 27.12.2019 16:30
Mənbə:
Baxışlar: 3051

Gənclər və idman sahələrində 2019-cu ildə görülən işlərin hesabatı

Gənclər

-       Ümumilikdə  2019-cu il ərzində  gənclər siyasəti sahəsində 143 tədbir keçirilib, onlardan 124-ü yerli19-u isə beynəlxalq səviyyəli olub 

-       Regionlarda Nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edilib

-        206 nəfər xarici ölkələrə ezam olunmuş, 1308 nəfər  isə Azərbaycan Respublikasına gəlib

-       Azərbaycan gəncləri günü münasibətilə 1 fevral 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Gənclərin Respublika toplantısı keçirilib3500-dək gəncin iştirak etdiyi toplantıda 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim olunub

 

-       12 iyul 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 1200-dək gəncin iştirakı ilə “Ulu öndər” sənədli filminin və eyni adlı mahnının təqdimatı keçirilmişdir.

-       Rspublikanın bütün şəhər və rayonlarını əhatə edən “Şahin” və “Sərhəd” hərbi-idman oyunları yarışı, “Əsgər Bayramı”, “Hünər” XIII Vətənpərvərlik Mahnıları Festivalı, "Altıncı Bayraq Festivalı” keçirilib

-       Sosial şəbəkələrdə “Xocalıya Ədalət” kampaniyasıAzərbaycanlıların Soyqırımı günü, Şuşanın işğalı günü ilə əlaqədar 6 dildə paylanmış məlumatlara 500.000-dən artıq baxış olub

-       10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə fləşmoblar keçirilmiş, video çarx hazırlanmış və sosial şəbəkələrdə yayımlanıb

-       Yaradıcı və istedadlı gənclərlə iş sahəsində “İstedadların hazırlığı laboratoriyası” VII Respublika olimpiadası, “Tələbə baharı” XII Ümumrespublika tələbə yaradıcılığı festivalı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Xəmsə” Milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatı, kompyuter oyunları üzrə XIII Azərbaycan Milli çempionatı, II Dron və III Robot olimpiadası, “Ekoloji problemlər gənclərin gözü ilə” adlı festival keçirilmişdir.

-       Gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində:

48 ölkədən 109 gəncin iştirak etdiyi Dünya Azərbaycanlı Gənclərin II Konqresi 

3 ölkədən 17 nəfərin qatıldığı Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası  

40 ölkədən 15 nəfərQoşulmama Hərəkatının Gənclər Sammiti

-       intellektual oyunlar : "Xəzər kuboku" VII Beynəlxalq turnir, “Nə? Harada? Nə zaman?” XVII Dünya çempionatı

-        Breyn-rinq intellektual oyunu üzrə Azərbaycan Respublikasının Prezidenti Kuboku uğrunda beynəlxalq turnir. 30-dan çox ölkədən 500 nəfər qatılıb

-       20 ölkədən 70 nəfər “Həmişə gənc ol!” şüarı altında “YOUTHVİSİON” Beynəlxalq mahnı müsabiqəsi

-       Eyni zamanda, “İslam dünyasının gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi” (8 ölkədən 50 nəfər), IX Beynəlxalq uşaq muğam müsabiqəsi (11 ölkədən 46 nəfər), “Əlilliyi olan gənclərlə sosial iş üzrə innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı Beynəlxalq konfrans (12 ölkədən 61 nəfər), “Yaşıl Planet” Beynəlxalq tələbə məktəbi (7 ölkədən 65 nəfər), “MDB üçün 100 ideya” Beynəlxalq sərgi (5 ölkədən 44 nəfər), MDB iştirakçı dövlətlərin gənclərlə iş üzrə Şurasının növbəti iclası (6 ölkədən 23 nəfər), "İstedadların hazırlığı laboratoriyası" III Beynəlxalq olimpiadası (11 ölkədən 98 nəfər) keçirilmişdir.

 

Beynəlxalq əməkdaşlıq

-       Koreya Respublikası və Mərakeş Krallığı gənclərinin beynəlxalq mübadilə proqramlarında 46 nəfər gənc iştirak edib

-        ABŞ, Bolqarıstan, Efiopiya, Litva, Pakistan, Polşa, Serbiya, Uruqvay, Vyetnam və Yunanıstan gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri təşkil edilib.

 

 Regionda yaşayan gənclərlə işin təşkili

 

-       Dövlət Müstəqilliyi Günü ilə əlaqədar 13-18 oktyabr 2019-cu il tarixlərdə 30 rayon və şəhərdə “Qarabağ-Azərbaycandır!” şüarı altında vahid estafetkeçirilmişdir. Aksiya çərçivəsində minlərlə gəncin iştirakı ilə küçə yürüşləri, veloyürüş və flaşmoblar keçirilib, ağac əkmə və təmizlik aksiyası baş tutub. Aksiyalarda 40-minədək gənc iştirak etmişdir.

 

“İradənlə qalib gəl!”

 

-       9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında çoxsaylı aksiyaları keçirilmişdir.

  • •     Nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində “Açıq qapı” aksiyası keçirilib. Bu təşəbbüsə Şamaxı və Masallı Gənclər və idman İdarələri də könüllü olaraq qoşulub. Tədbirlərdə bütövlükdə 20 minədək gənc iştirak edib
  • •     Bir sıra rayonlarda nikaha daxil olan gənc ailələrə Azərbaycan Bayrağı hədiyyə edilib. Bu Ümumilli lider Heydər Əliyevin “Hər evdə, hər ailədə Azərbaycan Bayrağı olmalıdır!” sözlərinə əməli cavabdır.
  • •     18 rayonda anadan olan uşaqların valideynlərinə də Azərbaycan Bayrağı hədiyyə edilib. (Şabran, Siyəzən, Ağsu, Ağdaş, ismayıllı, Şamaxı, Sabirabad, Neftçala, Yardımlı, Səlyan, Gəncə Tovuz, Göyçay, daşkəsən , Bərdə, Goranboy, Tərtər , Qəbələ, Oğuz). 200 dək vətəndaş qatılıb
  • •     16 rayonda 1700 iştirakçı gənclər “Bayraqdar” intellektual-əyləncəli komanda yarışında iştirak edib. (Sumqayıt, Zərdab, Qobustan, Şirvan, Hacıqabul, Lənkəran, Neftçala, Biləsuvar, Lerik, Mingəçevir, Samux, Şəmkir, Balakən, Qax, Oğuz, Şəki)
  • •     “Açıq mikrofon” formatında 500 nəfər gəncin iştirakı ilə Tərtər, Yardımlı, Xızı, Saatlı, Lənkəran, Samux, Ağcabədi, Bərdədə müstəqil Azərbaycanın rəmzi olan Bayrağı  tərənnüm edən vətənpərvərlik mahnıları ifa edilmişdir

Eyni zamanda, “SportFest” əyləncəli yarışlar, Fleşmob,  “Xəmsə” və digər intellektual yarışlar,  veloyürüşlər,  “Bakı gözəl şəhər” şüarı altında təmizlik aksiyası keçirilib.

Bütövlükdə bu aksiyalarda 100 minədək gənc iştirak etmişdir.

-       Nazirliyin YOUTUBE kanalına regionlarda fəaliyyətlə bağlı 90-dan artıq videosüjetlər yüklənib (və onların sayı artacaqdır).

 

Gənclər evi

-       Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və tapşırığı ilə 2007-ci ildən başlayaraq ölkədə, xüsusilə, regionlarda Gənclər Mərkəzlərinin inşası başlanmışdır. Hazırda ölkədə 40 belə Mərkəz inşa edilib istifadəyə verilib.

-       Onlardan 12:  Balakən, Mingəçevir, Sumqayıt, Gəncə, Tovuz, Şirvan, Saatlı, rayon və Bakıda Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xəzər Gənclər və İdman Nazirliyinin tabeliyindədir və “Gənclər Evi”  sosial xidmət müəssisə kimi rəsmi qeydiyyata alınıb. Digər 27-si isə müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən inşa edilib. Onların fəaliyyəti məxsus olduqları qurum tərəfindən tənzimlənir. 

-       Müxtəlif illərdə inşa edilən bu 12 müəssisə yarandığı dövrdən könüllülük əsasında işləyib və yalnız  14.06.2016-cı ildə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təsdiq edildikdən sonra müvafiq qaydada qeydə alınmış, onlara ştat vahidləri və dövlət büdcəsindən fəaliyyətin təmin edilməsi üçün müvafiq büdcə vəsaiti ayrılmışdır. 

-       Yaxın zamanda Masallı və Goranboy rayon Gənclər Evinin də Nazirliyin tabeliyinə rəsmi verilməsi proseduru tamamlanacaq.

-        Ötən müddət ərzində: Tərtər, Beyləqan, Astara, Göy-göl, Şəmkir, Zərdab, Ucar Gənclər Mərkəzləri də nazirliyin balansına verilib.

 

İdman

 

-       İdman tədbirləri və təlim məşqlər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019-cu il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 233 respublika62 beynəlxalq yarış keçirilib, 243 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub

-       Yığma komandalar 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak etmişlər.

-       Medallar

Ümumi:  271 - qızıl, 238 - gümüş və 266 - bürünc olmaqla ümumi 775 medal

- Olimpiya idman növləri: 90 qızıl, 96 gümüş, 141 bürünc medal

-       Qeyri-olimpiya idman növləri: 181 qızıl, 142 gümüş və 125 bürünc medal

Ölkəmizdə keçirilən yarışlar

-       Avropa Gənclər Olimpiya Festivalı

-       Bədii gimnastika üzrə dünya çempionatı,

-       Sərbəst və yunan-roma güləşi üzrə Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir

-        Batut gimnastikası, bədii və idman gimnastikası üzrə dünya kuboku

-        Bədii gimnastika, aerobika gimnastikası üzrə Avropa çempionatı

-        Mingəçevir şəhəri “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası

-        Formula 1 üzrə “Azərbaycan Qran-Pri” yarışı

-        “Baku Open-2019” beynəlxalq şahmat festivalı

-       Milli karate üzrə “Baku Open” beynəlxalq turniri

-       Futbol üzrə Avropa liqasının final oyunu (Arselan-Çelsi)

-       Cüdo üzrə “Qran-Şlem” yarışı, qrapplinq üzrə dünya çempionatı

-       Sportinq atıcılığı üzrə “Qran-pri” yarışı

 

Minsk II Avropa oyunları, XXX Ümümdünya Universiadası və XV Avropa Gənclər Olimpiya Festivalı

 

-       İdmançılarımız Belarusun Minsk şəhərində təşkil olunmuş II Avropa Oyunlarında 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə 28 medal

-        İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə 7 medal qazanmışlar

-       Olkəmizdə təşkil olunan Avropa Gənclər Olimpiya Festivalında 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla umumilikdə 23 medal əldə edən yığma komandamız ilk dəfə olaraq 4-cü yeri tutublar

 

Tokio Olimpiya oyunları

-       Bu günə qədər 14 nəfər lisenziya :

-       atletika -1,

-        atıcılıq – 1,

-       üzgüçülük – 1,

-        güləş – 2,

-       velosiped – 1,

-       gimnastika – 8

 

 Tokio Yay Olimpiya Oyunlarına velosiped və gimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri bu vəsiqələri əldə etmişlər. 

Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulmuş məqsədə tam nail olaraq maksimum sayda lisenziyanı (bədii gimnastika – fərdi çıxışda və qrup komandasında, kişi və qadın idman gimnastikası – fərdi çıxışlarda) əldə edib

Üzgüçülük üzrə yığma komandasının üzvü ilk dəfə yarışlarda normativləri yerinə yetirməklə lisenziya əldə edib. Növbəti ildə də  idmançılarımız lisenziyalar uğrunda mübarizə aparacaqlar. 

Badminton üzrə idmançımız lisenziya xarakterli yarışlarda yüksək əyarlı medallar qazanmaqla dünya reytinq cədvəlində hal-hazırda 28-ci pillədə qərarlaşaraq olimpiya lisenziyası qazanmaq şansını artırıb.

Qılıncoynatmanın sablya üzrə qadınlardan ibarət yığma komandası irəliləyərək hal-hazırda dünya reytinq cədvəlində 16-cı yerdə qərarlaşıblar.

Taekvondo, cüdo, ağır atletika, triatlon, kamandan ox atma, boks, karate idman növləri üzrə də lisenziyaların əldə olunmasına şanslar vardır.

Proqnozlara əsasən Tokio Yay Olimpiya Oyunlarına ümumilikdə təqribi 50 lisenziyanın əldə edilməsi gözlənilir.

 

Bu ilin uğurlu nəticələri

-       Beynəlxalq qrossmeyster Teymur Rəcəbov Dunya Kubokunu əldə edib

 

-       16 yaşlı yeniyetmələrdən ibarət komanda Dünya Şahmat Olimpiadasının qalibi olub

-        Şahmat üzrə qadınlardan ibarət yığma komanda Avropa komanda çempionatında ermənilər üzərində inamlı qələbə qazanaraq fəxri 3-cü yeri tutublar

-       Qadın güləşçi Mariya Stadnik,  taekvondoçu Milad Bergi Herçeqani, triatlon üzrə Rostislav Pevtsov dünya çempionu olublar

-       Atlet Nazim Babayev Avropa çempionu olub 

-       Stolüstü tennis üzrə 5 nəfərdən ibarət gənclər üzrə yığma komanda Avropa çempionatında gümüş medal qazanıblar. Şəxsi hesabda 1 nəfər idmançı gümüş medal qazanıb.

-       Badminton üzrə yığma komandanın üzvü beynəlxalq turnirlərdə uğurla çıxış edərək mükafata layiq yerlər tutmuşdur.

-       Milli karate üzrə idmançılarımız böyüklər, gənclər, yeniyetmələr arasında keçirilmiş Avropa çempionatlarında  yüksək nəticələr əldə ediblər

 

Olimpiya İdman Kompleksləri

 

Respublikamızın şəhər və rayonlarında hal-hazırda 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir

Hal-hazırda Tərtər və Yardımlı Olimpiya İdman Kompleksləri açılışa hazırdır

Goranboy, Neftçala  Olimpiya İdman Komplekslərinin tikintisi davam etdirilir.

Gəncə şəhərində İdman Sarayı inşa edilir

 Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılmışdır.

8 idman zalının tikintisi davam etdirilir.

 

2020-də keçiriləcək yarışlar

-       2020-ci ildə vətənimiz futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 3 oyununa və bir ¼ final oyununa ev sahibliyi edəcək

-        “Formula-1” üzrə Azərbaycan Qran-Pri yarışı

-       Karate üzrə 55-ci Avropa çempionatı

-       Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Dünya Şahmat Olimpiadası

-       Bədii gimnastika, idman və batut gimnastikası üzrə Dünya kuboku yarışları

-       Aerobika və idman gimnastikası üzrə dünya çempionatları

-       İdman gimnastikası üzrə Avropa çempionatı

-       Cüdo üzrə Tokio Yay Olimpiadasına lisenziya xarakterli Qran-Şlem yarışı