Tarix: 17.01.2020 14:50
Mənbə:
Baxışlar: 140

20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. 

 Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Fərhad Hacıyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevnazirlik əməkdaşları, dövlət rəsmiləriAkademiyanın professor – müəllim heyətitələbələridmançılar və digər qonaqlar iştirak edirdilər. 

   Tədbirin əvvəlində  20 Yanvar faciəsinində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və faciəni  özündə əks etdirən film nümayiş olundu.

  Tədbirdə çıxış edən nazir müavini İntiqam Babayev və rektor Fuad Hacıyev bildirdilər ki,  20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanmayacaqO gün  Azərbaycan xalqının şan və şərəf günüdür. Məhz 1990-cı il 20 Yanvar tarixində  xalq  sovet hərbçilərinin qorxunc hücumlarına qarşı  sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.  Bildirildi ki, 1990-cı il 20 Yanvar tarixi Azərbaycan xalqının birlik, bərabərlik rəmzidir. 

 Tədbirin sonunda  Qara Qarayev, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Hacı Xanməmmədov və John Villiamsın əsərlərindən ibarət bədii proqram təqdim edildi.