Tarix: 16.02.2020 00:43
Mənbə:
Baxışlar: 3466

Pevtsov Avropanın ən yaxşısı seçildi

Belarusun Minsk şəhərində Avropa Triatlon İttifaqının sayca 15-ci konfransına həsr olunmuş Qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib  idmançımız Rostislav Pevtsov oldu. 

2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kuboklarında nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının   gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi  Rostislav Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacardı. 

Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov, Tokio 2020 Olimpiya oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını media nümayəndələrinə bildirdi.