Tarix: 04.03.2020 14:02
Mənbə:
Baxışlar: 898

İdman mütəxəssisləri mükafatlandırıldı

“5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə bu gün  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra idman mütəxəssislərinin mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, idman rəsmiləri və digər şəxslər iştirak edib.

 

 

  1.  «Azərbaycan Respublikasının Fəxri  Bədən Tərbiyəsi və İdman İşçisi» fəxri adı

 

Mahmudov Nazim Hümbət oğlu Yevlax şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də ağır atletika üzrə məşqçi-müəllim vəzifəsində işləyir. 
 
Əliyev Alim
Nizam oğlu
Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbdə bədən tərbiyəsi müəllimi vəzifəsində işləyir.
 
Əliyev Mahir
Ərşad oğlu
Mingəçevir şəhər Gənclər və İdman İdarəsində idman sahəsi üzrə aparıcı məsləhətçi vəzifəsində işləyir.
 
Daşdiyev Rafiq Məmməd oğlu “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli UGİŞM-də boks üzrə məşqçi-müəllim vəzifəsində işləyir. 
 
Nağıyev Mehdi
Əli oğlu
Azərbaycan Respublikası Atletika Federaiyasının I vitse-prezidenti vəzifəsində işləyir.   
 
Abbasov Natiq Vahib oğlu Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyir.
 
Şahbazov Tofiq
Əli oğlu
Biləsuvar Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində işləyir.
 
Məmmədov Akif Oruc oğlu
 
“Neftçi” İK-da menecer vəzifəsində işləyir.
 
İsmayılova Məlahət İkraməddin qızı
 
Quba rayon İOEUGİŞM-də şahmat üzrə baş məşqçi vəzifəsində işləyir.  
 
Muşailov Boris Yuryeviç “Təhsil” Respublika İdman Mərkəzinin 4 saylı İOEUGŞİM-də dama üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Əhmədov Çingiz Vahib oğlu Şirvan şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Əliyev Samir
Eldar oğlu
“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İB Gəncə şəhər şurasında sərbəst güləş üzrə baş məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Namazov Zaur Firudin oğlu “Azərreyl” VK komandasının və gənclərdən ibarət yığma komandanın meneceri vəzifəsində işləyir.
 
İbrahimov Rəsul Məmmədiyə oğlu “Təhsil” RİM-nin 1 saylı İOEUGŞDİM-də şahmat üzrə məşqçi-müəllim vəzifəsində işləyir.
 
Rzayev Faiq Şəmistan oğlu FHN-nin İdman Sağlamlıq Klubunda fiziki hazırlıq şöbəsinin rəisi vəzifəsində işləyir.
 
Fətullayev Cəmil  Cəlal oğlu “Təhsil” RİM-nin 3 saylı RİOEUGİŞM-nin direktoru vəzifəsində işləyir.
 
Ələkbərov Ariz Aydın oğlu “Təhsil” RİM-nin Gəncə şəhər 1 saylı UGİŞM-də sambo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Hüseynov Hikmət Neymət oğlu Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyinin İ. Hümbətov adına UGİM-nin dərs hissə müdiri vəzifəsində işləyir.
 
Əliyev Nazim Bəhlul oğlu Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim vəzifəsində işləyir.
 
Əliyev Hüseyn Tağı oğlu Naxçıvan şəhər UGŞM-də şahmat üzrə müəllim vəzifəsində işləyir.
 
Məmmədov Eduard Tofiq oğlu Kikboksinq üzrə yığma komandanın məşqçisi vəzifəsində işləyir.

 

  1. «Azərbaycan Respublikasının Əməkdar məşqçisi» fəxri adı  

 

Həsənov Təbriz
Şərif oğlu
 
 
RİOEUGFM-də futbol üzrə baş məşqçi vəzifəsində işləyir.
 
Ağamalıyev Əli Əbdülkərim oğlu
 
 
“Azəri” Peşəkar Futbol Klubunun Prezidenti vəzifəsində işləyir.
 
Hacıyev Zaur
Cəlil oğlu
 
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Voleybol və stolüstü tennisin nəzəriyyəsi və metodikası” fakultəsinin müəllimi,  dosenti vəzifəsində işləyir. 
 
Məmmədyarova Oksana Valeryevna
 
Voleybol üzrə yeniyetmələrdən ibarət yığma komandanın məşqçisi və eyni zamanda “Azərreyl” VK-nın məşqçisi vəzifəsində işləyir.
 
Əliyev Seymur
Veysil oğlu
 
Azərbaycan Savat və Şaolin döyüş sənətləri Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Həşimov Aydın Balaşah oğlu
 
Azərbaycan Respublikası DİN-nin İC-də fiziki hazırlıq şöbəsində inspektor vəzifəsində işləyir.  
 
Əmirxanov Arif Cəlal oğlu
 
“Keşlə” PİK-da U-19-n baş məşqçisi vəzifəsində işləyir.  
 
İsmayılov Fuad Malik oğlu
 
Gəncə şəhər “Kəpəz” Peşəkar Futbol Klubunda məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Cəfərov Ramil Nəriman oğlu
 
“Qarabağ NN” Stolüstü tennis İdman Klubunda yığma komandanın məşqçisi vəzifəsində işləyir.  
 
Vəliyev Səbuhi Telman oğlu
 
Azərbaycan Budo Döyüş Növləri Federasiyasında baş məşqçi vəzifəsində işləyir.  
Dadaşov Aydın Tofiq oğlu Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo, Kempo növləri Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Heydərov İbrahim
Əli oğlu
 
Azərbaycan Respublikası Karate-do Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Yunusov Ruslan Yunus oğlu “Neftçi” İK-da cüdo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.   
 
Əliyev İlqar
Eldar oğlu
Sumqayıt şəhər 2 nömrəli UGİŞM-də şahmat üzrə baş məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Məmmədov Ceyhun Vaqif oğlu  “Təhsil” RİM-nin Lənkəran şəhər UGİŞM-nin direktoru vəzifəsində işləyir.  
 
Aslanov Fuad
Alxan oğlu
“Təhsil” RİM-nin Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin direktoru vəzifəsində işləyir.  
 
Həsənov Samir Qəzənfər oğlu DGK İSM-nin “Gömrükçü” İK-da boks üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Məmmədova İntizar Əsədulla qızı
 
MMC Express Baku” Voleybol Klubunda baş məşqçi vəzifəsində işləyir.  
 
Qarayev Fazil
Əli oğlu
 
Veteran Futbol İttifaqının üzvüdür.  
 
Əhmədov Samir Əhməd oğlu
 
Şirvan şəhər UGİM-nin direktoru vəzifəsində işləyir.  
 
Həsənov Xudu Əliqulu oğlu Cəlilabad rayon UGİM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Əliyev Elman Səməd oğlu “Təhsil” RİM-nin Gəncə şəhər  1 № li UGİŞM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Əfəndiyev Ruslan Şakir oğlu  “Orion” İdman Klubunda MMA üzrə məşqçi vəzifəsində işləyir.  
 
Hüseynov Elvin Cavanşir oğlu “Təhsil” RİM-nin 4 saylı İOEUGİŞM-də şahmat üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
İbişov İlqar
Əsgər oğlu
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində poverliftinq üzrə baş məşqçi vəzifəsində işləyir.  
 
Umayev İlham Məmməd oğlu Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İK-da yunan-roma güləşi üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  
 
Yadigarov Qalib Nəsirxan oğlu Bakı şəhəri 2 saylı RİOEUGİM-də sərbəst güləş üzrə baş məşqçi vəzifəsində işləyir.  
 
Bunyatəliyev Rauf Əli-Heydər oğlu Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti vəzifəsində işləyir.  
 
Hüseynov Faiq Qaçayxan oğlu “Təhsil” RİM-nin 11 saylı UGİŞM-də təlimatçı vəzifəsində işləyir.
 
Qurbanov Orxan Xanmurad oğlu Bakı şəhəri 2 saylı Respublika Olimpiya Ehtiyatları UGİM-də məşqçi-təlimatçı vəzifəsində işləyir.
 
Həsənzadə Seyran
Mehdi oğlu
Azərbaycan Budo Döyüş Növləri Federasiyasında məşqçi vəzifəsində işləyir.  
 
Əliyev Rəcəb Atabala oğlu DİN-nin “Dinamo” İC-də cüdo üzrə məşqçi-müəllim vəzifəsində işləmişdir.
 
Qənbərov Azər
Asəf oğlu
Naxçıvan şəhər UGİM-də cüdo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.
 
Həsənov Asif
Əziz oğlu
“Neftçi” İK İB-də velosiped idmanı üzrə məşqçi vəzifəsində işləyir. 
 

 

  1.   «Respublika dərəcəli hakim» fəxri adı

 

 

Məmmədov Nicat Qeysər oğlu Şahmat üzrə respublika səviyyəli yarışlarda baş hakimin müavini və baş katib kimi fəaliyyət göstərir.
 
Süleymanzadə Natiq Sənətkar oğlu
 
Boks üzrə respublika səviyyəli yarışlarda baş katib kimi fəaliyyət göstərir.
 
Süleymanov Elton Sənətkar oğlu Boks üzrə respublika səviyyəli yarışlarda baş katib kimi fəaliyyət göstərir.
 
Babazadə Jalə Şərafəddin qızı Şahmat üzrə respublika səviyyəli yarışlarda hakim  kimi fəaliyyət göstərir.
 
Həsənova İradə Müseyib qızı Şahmat üzrə respublika səviyyəli yarışlarda hakim  kimi fəaliyyət göstərir.
 
Məhərrəmov Kənan Ramiz  oğlu Atletika üzrə respublika səviyyəli yarışlarda baş hakim və baş hakimin müavini kimi fəaliyyət göstərir.
 
Musayev Rüstəm Vaqif oğlu Poverliftinq üzrə respublika səviyyəli yarışlarda baş hakim kimi fəaliyyət göstərir.
 
Verdiyev Hafiz Nüsrət oğlu Poverliftinq üzrə respublika səviyyəli yarışlarda baş hakim və baş katib kimi fəaliyyət göstərir.
 

 

  1.  «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adı

 

 

Əliyev Kamil Xidirilyasoviç Para-atletika üzrə 2016-cı il XV Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı olmuşdur.
 
Qurbanov Orxan Bəşir oğlu Universal döyüş üzrə Avropa çempionatının və 3 dəfə dünya çempionatının qalibi olmuşdur.
 
Hüseynov Həsən Əli oğlu Kikboksinq üzrə dünya çempionatının qalibi və bürünc mükafatçısı olmuşdur.
 
Sajina Anna Serqeyevna İdman rəqsləri üzrə 2 dəfə Avropa və 2 dəfə dünya çempionatlarının qalibi olmuşdur.
 
Cəfərov Eldar Həmidoviç İdman rəqsləri üzrə 2 dəfə Avropa və 2 dəfə dünya çempionatlarının qalibi olmuşdur.