Tarix: 05.03.2021 18:00
Mənbə:
Baxışlar: 516

Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür

Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın   5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. 

Bu münasibətlə bu gün Milli Məclis sədrinin müavini Adil Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, baş katibin müavini Azər Əliyev, nazirlik əməkdaşları, Olimpiya çempionları,  federasiya rəsmiləri, tanınmış idmançılar, idman ictimaiyyətinin nümayəndələri  və digər rəsmi şəxslər  Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. 

İlk olaraq  ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi,  məzarı önünə əklil qoyuldu. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Daha sonra idman ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.