Tarix: 19.03.2021 17:00
Mənbə:
Baxışlar: 404

ELAN

Gənclərin inkişafında və onların problemlərinin həllində gənclər təşkilatlarının rolunun daha da artırılması, eyni zamanda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Tədbirlər Planının 5.7.6 yarımbəndinin (Gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclər təşkilatları  layihələrinin maliyyələşdirilməsi) icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi aşağıdakı istiqamətlər üzrə gənclər təşkilatlarının layihələrin qəbulunu elan edir:

 

-       Vətən müharibəsi, həmçinin milli qəhrəmanların və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması;

-       Şəhid ailələri və qazilərin övladlarının fərdi inkişafına dəstək göstərilməsi;

-       Azərbaycançılıq və dövlətçilik ideyalarının və multikultural dəyərlərin gənclər arasında təbliği;

-       gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;

-       gənclər arasında Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən yerli və beynəlxalq intellektual oyunların, kompüter oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

-       İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində gənclərin iştirakının təmin edilməsi və təşəbbüslərinin dəstəklənməsi;

-       Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

-       gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

-       gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

-       gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

-       özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;

-       gənclərin hüquqi maarifləndirilməsi;

-       ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

-       müasir peşələr, onlara tələbat və peşə seçiminə dair gənclərin maarifləndirilməsi;

-       gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsi;

-       internat və uşaq evlərində yaşayan və məzun olan gənclərin məşğulluğuna kömək göstərilməsi ilə bağlı tədbirlər;

-       gənclər arasında açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması üzrə təşəbbüslər;

-       gənclər arasında dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər;

-       gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

-       gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahələri üzrə maarifləndirmə işinin genişləndirilməsi;

-       gənclər arasında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

-       cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

-       gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

-       gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi;

-       kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması ilə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;

-       gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və elmə həvəsin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

-       tələbələrin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək göstərilməsi;

-       gənclər arasında qeyri-formal təhsil alətlərinin inkişaf etdirilməsi;

-       gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanması və yayımlanmasının təmin edilməsi (TV kanllar və sosial media platformaları);

 

 

Hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin məbləği:

yerli səviyyəli layihələr üçün - 10.000 manata qədər

beynəlxalq səviyyəli layihələr üçün - 20.000 manata qədər

 

QEYD: Nəzərdə tutulan məbləğdən artıq məbləğ istənilərsə, layihənin əhəmiyyətinə və vacibliyinə görə istisna hal kimi baxıla bilər. 

 

Hansı layihələr maliyyələşdirilməyəcəkdir:

Müsbiqənin mövzularına uyğun olmayan, həmçinin, dini, siyasi, maddi yardımı və gəlir gətirməyi (kommersiya) nəzərdə tutulan layihələrə maliyyə vəsaiti ayrılmayacaqdır.

 

Kimlər müsabiqədə iştirak edə bilməzlər:

- dövlət qeydiyyatına alınmayan gənclər təşkilatları;

- siyasi partiyaların gənclər bölmələri;

- nizamnamə məqsədi və vəzifələri gəncləri əhatə etməyən təşkilatlar;

- dini təşkilatlar və icmalar;

- həmkarlar ittifaqları;

 

Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə bilərsiniz.

 

Müsabiqənin müddəti:

2021-ci ilin mart ayının 19-dan aprel ayının 25-i saat 18:00 kimi.  

 

Layihələrin təqdim edilmə forması:

Layihələri nazirliyə gəlmədən təqdim etmək olar. Bunun üçün Gənclər və İdman Nazirliyinin elektron xidmətlər bölməsinə daxil olub “Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu” bölməsinə keçid edərək təqdim etmək mükündür. Bundan başqa əlavə edilmiş sənədlər tərtib edib və scan edərək layiheler@mys.gov.azelektron poçtu vasitəsilə təqdim edilir.

 

QEYD: 2021-ci ilin aprelin 2-də Zoom platforması üzərində müsabiqəyə dair məlumat sessiyasının keçirilməsi nəzərdə tutulub. Saat barədə əlavə məlumat veriləcəkdir.

 

Əlaqələndirici şəxs:

Rəşad Musayev

Gənclər və İdman Nazirliyinin

Gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi

Tel: 012 465 84 19

 

Sənədlər:

 

/uploaded/uploaded/budce-tertibatina-dair-telimat.doc

/uploaded/uploaded/layihe-yazilishi-formasi.doc

/uploaded/uploaded/layihenin-qisa-melumati.doc

/uploaded/uploaded/mushayet-mektubu.docx

/uploaded/uploaded/mys-budget-3.xlsx