Tarix: 13.10.2021 12:00
Mənbə:
Baxışlar: 1307

ELAN

“8 noyabr-Zəfər Günü” münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən həvəskarlar arasında keçiriləcək “Unutma Yaşat” mini-futbol turnirində iştirak edəcək komandaların

 

NƏZƏRİNƏ!

 

18 oktyabr – 08 noyabr 2021-ci il tarixlərdə “Unutma Yaşat” mini-futbol turnirində 64 komanda arasında yarışlar 7 mərhələ üzrə aşağıdakı qaydada keçiriləcəkdir:

 

18-21 oktyabr   I tur                 

23-26 oktyabr  II tur

28-29 oktyabr  III tur

02 noyabr        IV tur

04 noyabr        V tur

06 noyabr       Yarımfinal

08 noyabr       3-cü yer uğrunda

08 noyabr           Final

 

Oyunlar saat 19.00 - 21.00-da Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzində (ünvan-Azadlıq prospekti 128) (keçmiş “Neftçi” Baza) keçiriləcəkdir.

5 tur üzrə oyunlarda iştirak edəcək komandalar arasında hər tur öncəsi püşkatma keçiriləcəkdir. Püşkatma mərhələsində iştirak edən komandalar növbəti mərhələ üzrə öz rəqiblərini müəyyən edəcəklər.

Qeyd olunanları nəzərə alaraq, sizi 14 oktyabr 2021-ci il tarixində saat 12:00-da onlayn formatda keçiriləcək püşkatma mərhələsinə dəvət edirik. Püşkatmaya fb.com/mysofficial link üzərindən qoşulmaqla iştirak etmək olar. Həmçinin püşkatmanı Gənclər və İdman  Nazirliyinin rəsmi YouTube kanalından izləmək olar. 

Püşkatma I turdan sonra 22 oktyabrda, II turdan sonra 27 oktyabrda, III turdan sonra 30 oktyabrda, IV turdan sonra 03 noyabrda, V turdan sonra 05 noyabrda keçiriləcəkdir.

Hər oyun 2 hissədən,  hər hissə 20 dəqiqədən ibarətdir.

 

Qeyd: Oyunlarda iştirak etməyən komandalara texniki məğlubiyyət veriləcəkdir.

 

Komandaların turnirdə iştirak qaydası

 

I turda 64 komanda olimpiya sistemi üzrə mübarizəyə başlayır. Bu turda mübarizədə qalib olmuş 32 komanda və məğlub olmuş 32 komandanın 16 ən yaxşı komandası (vurulan topların fərqinə görə və vurulan topların sayına görə) II turun 1-ci səbətinə daxil olur. 48 komanda püşkatmaya əsasən II turun 1-ci səbətində mübarizə aparır. Eyni zamanda məğlub olmuş 16 komanda püşkatmaya əsasən 2-ci səbətdə öz aralarında mübarizə aparırlar.

II turda 48 komanda 1-ci səbətdə olimpiya sistemi ilə 24 komandanı mübarizədən kənarlaşdırır. Eyni zamanda II səbətdə olan 16 komanda 8 komandanı mübarizədən kənarlaşdırır.

III turda 24 komanda 1-ci səbətdə 12 komandanı oyundan çıxardır. Həmçinin 8 komanda öz səbətində 4 komandanı məğlubiyyətə uğradır.

IV turda 1-ci səbətdə 12 komandadan 6-sı mübarizəni davam etdirir. Eyni zamanda 2-ci səbətdə 4 komandadan 2-si mübarizəyə davam edir.

V turda 1-ci səbətdə 6 komandanın 3-ü yarımfinala yüksəlir. Eyni zamanda 2-ci səbətin 2 komandasından 1 komanda yarımfinala keçir.

Yarımfinalda püşkatma nəticəsində 2 cütlük müəyyən olur.

Yarımfinalda məğlub olan komandalar 3-cü yer uğrunda mübarizə aparır.

Yarımfinalda qalib olmuş komandalar finalda qalibi müəyyənləşdirir.