Tarix: 12.04.2022 09:00
Mənbə:
Baxışlar: 2161

Gənclər və idman naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Fərid Qayıbov mayın 6-da Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 14:30-dan etibarən Ağcabədi Olimpiya İdman Kompleksində keçiriləcək.
Ünvan: Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi 220.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrələri və e-maillər vasitəsilə müraciət edə bilərlər:

1. Ağdam rayon Gənclər və İdman İdarəsi 
Tel: 0503329888
E.mail: agdamgii@mys.az

2. Ağcabədi rayon Gənclər və İdman İdarəsi
Tel: 0507334565
E.mail: agcabedigii@mys.az

3. Laçın rayon Gənclər və İdman İdarəsi
Tel: 0557519151
E.mail: lacingii@mys.az

Gənclər və İdman Nazirliyi
Tel: 0124656438
E.mail: mys@mys.gov.az 

Qəbula qeydiyyat 5 may 2022-ci il, saat 18:00-da başa çatır.

COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.