Tarix: 12.04.2022 09:00
Mənbə:
Baxışlar: 13136

ELAN

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıda adı qeyd edilən  “Gənclər evi” sosial-xidmət müəssisələrinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:

1. Sabunçu “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru.
2. Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru*(təkrar).

“Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsilli;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.

Təqdim ediləcək sənədlər:

- CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır); 
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.

Sənədlər 06 may 2022-ci il tarixədək elektron formada elan @mys.gov.az ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4

Qeyd: Zərdab “Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə iddia edən namizədlər arasından keçən olmadığı üçün təkrar elan verilir. Daha öncə bu vakansiya üzrə müraciət edənlər təkrar müraciət edə bilməz.