Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin yarımfinal oyunları keçiriləcək
Aprelin 30-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin yarımfinal oyunları keçiriləcək. Bakı Tennis Akademiyasında baş tutacaq yarışlarda Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsi komandasıyla saat 10:00-da qarşılaşacaq. Fövqəladə Hallar Nazirliyi isə SOCAR-ın komandası ilə saat 12:00-da üz-üzə gələcək. Hər iki oyun CBC Sport telekanalında və eləcə də Gənclər və İdman Nazirliyin facebook səhifəsində canlı yayımlanacaq.
Qeyd edək ki, final qarşılaşması mayın 7-də keçiriləcək.