Xəbərlər
Dərc edilib:05.03.2013 12:48
Baxışlar:75

Mehdiyeva Günəş Raqib qızı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində baş rolu ifa edib. Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş "Hökmdarın taleyi" tammetrajlı bədii filmində Ağabəyim, Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş "Sübhün səfiri" tammetrajlı bədii filmdə isə Nisə xanım obrazlarını yaradıb.