Xəbərlər
Dərc edilib:22.07.2017 09:40
Baxışlar:1512

Respublika Şahmat Olimpiadası başa çatdı

14-21 iyul 2017-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdiyi təqvim planına əsasən 16 yaşa qədər yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilmişdir. Olimpiadada ölkəmizin bütün bölgələrini təmsil edən 43 şəhər və rayonundan 445  yeniyetmə oğlan və qız şahmatçı  iştirak etmişdir.
       Tədbirin açılışı mərasimi 14 iyul tarixdə saat 12oo-dan Astara Olimpiya İdman Kompleksində başlanmışdır.Aparıcı Astara rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə tədbiri açıq elan etmişdir və Azərbaycan Respublikası Himninin musiqi  sədaları  salonda səslənmişdir.   Astara rayon Kakalos kənd Folklor Evinin “Əvəsur” kollektivinin rəqs və xalq mahnılarından ibarət çıxışları Respublika Şahmat Olimpiadasının açılış mərasimində bayram əhval ruhiyyəsini artırmış, şən ovqat yaratmışdır.   Mərasimdə giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər  Ağayev çıxış etmişdir.O, tədbir iştirakçılarını salamlamış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkədə yürüdülən dövlət gənclər və idman siyasətinin əhəmiyyəti və uğurları, idmana və idmançılara göstərilən qayğı, müxtəlif idman növləri və o cümlədən Şahmat idman növü sahəsində beynəlxalq arenada Azərbaycan idmançılarının möhtəşəm qələbələrini qeyd etmiş, idmançılara Olimpiadada uğurlar arzulamışdır. Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış etmiş, son illər Azərbaycanın Dünya və Avropa miqyaslı yarışlara ev sahiblik etməsi və idmançılarımızın yüksək nəticələrə nail olmasını qürurverici amil olduğunu qeyd etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə Astara RİH başda olmaqla bütün təşkilatçılara minnətdarlığını bildirmiş, uşaq və yeniyetmə şahmatçılara uğurlar diləmişdir.Daha sonra yarışların baş hakimi,beynəlxalq dərəcəli hakim Azər İbrahimov və  yarışların keçirilməsi və reqlamenti barədə tədbir iştirakçılarına məlumat vertmişdir.
         Respublika Şahmat Olimpiadasının simvolik olaraq ilk gedişini başlamaq şərəfi Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə həvalə olunmuşdur.Respublika Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 8 gün ərzində 11 turdan ibarət keçirilmişdir. Şahmatçılar 2 qrupda - A qrupunda 2001-2004-cü il təvəllüdlü(13-16 yaşlı) yeniyetmə oğlan və qızlar, B qrupunda 2005-ci il və aşağı yaşlı (8-10-12 yaşlı) yeniyetmə oğlan və qızlar mübarizə aparmışlar.Yarışların baş katibi,beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov olmuşdur.
        I, II və III yerlərə müvafiq olaraq 8 yaşadək oğlanlar arasında Süleymanlı İsmayıl (Respublika Şahmat Məktəbi), Əhmədzadə Hüseyn(Sumqayıt),Kərimov Nihad(Göyçay), 8 yaşadək qızlar arasında Abdullayev Nəzrin(Gəncə),İsmayılov Xanım(Gəncə), Bəşirli Səadət(Gəncə), 10 yaşadək oğlanlar arasında Mustafazadə Fikrət(RŞM),Rzayev Zahir(Gəncə),Muxtarov Raul(RŞM), 10 yaşadək qızlar arasında Bayramova Fidan(RŞM),Budaqova Leyla(Gəncə), Quliyeva Leyla(Gəncə),12 yaşadək oğlanlar arasında Süleymanlı Süleyman(Şəki),Həsənzadə Məhəmməd(RŞM),Xəlilov Emin(RŞM), 12 yaşadək qızlar arasında Abdinova Nərmin(AHİTA),Rəşidov Nərgiz(RŞM),Həsənzadə Züleyxa(AHİTA),14 yaşadək oğlanlar arasdında Əlizadə Ayxan(Quba), Məlikov Fərid(Quba), Qarayev İlyas(Gəncə), 14 yaşadək qızlar arasında Əlizadə Aysel(Quba),Quliyev Fatimə(Gədəbəy),Şabanova Xədicə(Bakı), 16 yaşadək oğlanlar arasında Həsənov Zaur(RŞM),Babazadə Xəzər(RŞM),Cəfərli Babək(RŞM), 16 yaşadək qızlar arasında İsmayılzadə Zeynəb(Gəncə),Əhmədova İradə(Ucar),Əlizadə Fidan (Elfim Bakı), komanda hesabı  13-16 yaş üzrə(A qrupu) Quba,Gəncə,Masallı, 8-10-12 yaş üzrə (B qrupu) RŞM,Gəncə, HİRŞDK layiq görülmüşlər.
       Tədbirin  yekun  mərasimi 21 iyul tarixdə saat 15 oo Astara Olimpiya İdman Kompleksində keçirilmişdir.Mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təmsilçisi  Salman Əbdülov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış etmiş, yarışların yüksək səviyyədə keçirilməsində əməyi olan hər bir təşkilata, məsul şəxslərə,idmançılara,məşqçilərə,nümayəndələrə,  astaralılara minnətdarlıq ifadə etmişlər. Yekunda fəxri yerləri qazanan şahmatçılara və komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Azərbaycan Şahmat Federasiyası ,Astara Rayon İcra Hakimiyyətinin  müvafiq dərəcəli diplomları, pul mükafatı və qiymətli hədiyələri təqdim edilmişdir. 
       Tədbirdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov, Lənkaran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov, AzərTAC-ın bölgə müxbiri Bağır Əliyev,Astara şəhər Bələdiyyəsinin sədri Aygül Məmmədova,Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov,Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov,Astara qəzetinin baş redaktoru Fəridə Ağazadə,II qrup hərbi əlil, Qarabağ Müharibəsi veteranı Təhsil Quliyev,RİH və RGİİ-nin əmədaşları, müxtəlif televiziya kanallarının çəkiliş qrupları, hakimlər,məşqçilər,valideynlər, azərkeşlər iştirak etmişlər.