Xəbərlər
Dərc edilib:12.06.2019 17:27
Baxışlar:315

Nazir müavini İsmayıl İsmayılov vətəndaşlarla görüşdü

12  iyun 2019 –cu il tarixdə Gənclər və İdman  nazirinin müavini  İsmayıl İsmayılov Zaqatala rayonunda  Zaqatala və Balakən rayonlarından olan vətəndaşları  qəbul  edib. Qəbulda  7-dən çox  vətəndaş  iştirak  edib.
       Bunlardan 2 nəfər gənclər sahəsi, 1  nəfər idman  avadanlığının  verilməsi, 1 nəfər fəxri adın verilməsi, 1 nəfər gənclər evinin tikintisi, 2 nəfər isə şəxsi məsələ  ilə bağlı  müraciət  etmişdir.
     Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilmiş, bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilmişdir.