Xəbərlər
Dərc edilib:2019 iyul 10
Baxışlar:1714

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə ELAN EDİR:

Nazirliyin İdman şöbəsinin Tətbiqi idman növləri baş məsləhətçi;

Abşeron rayon Gənclər və İdman İdarəsi, idman sahəsi üzrə rəis müavini;

Xəzər rayon Gənclər və İdman İdarəsi, gənclər sahəsi üzrə rəis müavini;

Gədəbəy rayon Gənclər və İdman İdarəsi, gənclər sahəsi üzrə rəis müavini;

Binəqədi rayon Gənclər və İdman İdarəsi, gənclər sahəsi üzrə baş məsləhətçi;

Goranboy rayon Gənclər və İdman İdarəsi, gənclər sahəsi üzrə baş məsləhətçi;

Cəlilabad Gənclər və İdman İdarəsi, idman sahəsi üzrə baş məsləhətçi

 

Müsahibədə inzibati vəzifədə Gənclər və İdman Nazirliyində qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

-  əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

- bir ədəd ağ rəngli fotoşəkil (4x6);

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 10 iyul 2019-cu il tarixdən 24 iyul 2019-cu il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Regionlarla iş və kadrlar şöbəsinə müraciət edilə bilər.

 

Telefon: 465-64-17