Xəbərlər
Dərc edilib:09.08.2019 16:03
Baxışlar:806

Biləsuvar rayonunda Beynəlxalq Gənclər Gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi

08 avqust 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Gənclər evində  12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi. Tədbirin açılışında çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev əvvəlcə iştirakçıları bayram münasibətilə təbrik etdi, yarışda iştirak edən bütün  komandalara uğurlar arzuladı. İdarə rəisi  bildirdi ki, məqsədimiz gənclərin intellektual səviyyəsini, zehni inkişafını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir. Sonra yarışa start verildi. Maraqlı keçən yarışın sonunda ”Flash” komandası I yerə, “Bermud” komandası II yerə, “Falcon” komandası isə III yerə layiq görüldü. Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.