Xəbərlər
Dərc edilib:09.08.2019 17:10
Baxışlar:334

“Stolüstü Tennis Turniri” təşkil olunub

Sabirabad regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Təşkilatının dəstəyi, Sabirabad rayon Gənclər və İdman İdarəsi və Sabirabad Regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə rayon təşkilatları arasında “Stolüstü Tennis Turniri” təşkil olunub. 1 avqust tarixində Sabirabad rayon Gənclər və İdman İdarəsində turnirin püşkatması keçirilib və qaliblərin mükafatları müəyyənləşdirilib. Avqustun 2-dən etibarən start götürən turnir 9 avqust tartixində yekunlaşıb.

I yerin qalibi Sabirabad Asan Xidmət Mərkəzinin əməkdaşı Pünhan İmanov, II yerin qalibi Pünhan Həsənzadə, III yerin qalibi isə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Kərimov olub.

Qaliblərin mukafatlandırma mərasimi Sabirabad Regional Asan Xidmət mərkəzində keçirilib. Mukafatlandırma mərasimindəSabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev  və  Sabirabad Regional "ASAN xidmət" mərkəzinin Direktoru Elvin Cəfərov çıxış edərək qalibləri təbrik ediblər. Gələcəkdə belə turnirlərin keçirilməsi planlaşdırıldığını deyən Nadir Quliyev, gənclərimizə idmanla məşğul olmalarını tövsiyyə edib.

Sonda qaliblər mukafatandırılıb. Mukafatlandırma mərasimi səmimi çay süfrəsi arxasında yekunlaşıb.