Xəbərlər
Dərc edilib:09.08.2019 17:15
Baxışlar:265

Ismayıllıda Beynəlxalq gənclər gününə həsr olunmuş təntənəli tədbir keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Gənclər və İdman idarəsinin və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq gənclər gününə həsr olunmuş təntənəli tədbir keçirilib. 

Tədbirdə  RGİİ-nin rəisi Taleh Salehov tədbir barədə ətraflı məlumat verib. 

Tədbir “Orman” turizm-istirahət mərkəzində bütün əraziləri əhatə edən  200 nəfərdən çox gəncin iştirakı ilə keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova gənclər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan, onların sosial həyatının yeniləşməsi üçün dəyərli tədbirlər həyata keçirməsindən, gəncliyi ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi kimi görməsindən, İsmayıllı gənclərinin təhsildə, peşələrə və ixtisaslara yiyələnməsində, məşğulluğunun artırılmasında, mənəvi və ideya tərbiyəsində qazanılan uğurlardan danışıb.
Veteran jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Ramiz Baloğlanov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbir iştirakçılarını səmimiyyətlə təbrik edib, həm də onlara həyat yollarında inamla irəliləmək üçün gərəkli olacaq məsləhətlər veriblər.
Təntənəli tədbirdə iştirak edən könüllülər adından koordinator Namiq Kərimov çıxış edib.
Bayram tədbirində intellektual oyunlar və bilik yarışları keçirilib. Qaliblər RGİİ-nin hədiyyələri ilə mükafatlandırılıb.
Üç nəfər könüllüyə sertifikat,  bir qrup fəal gəncə  isə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanı verilib.
Regional mədəniyyət mərkəzinin hazırladığı bədii bayram  tədbir boyu alqışlarla qarşılanıb.
İsmayıllı gəncləri dövlət başçısına minnətdar olaraq daha bir bayram təntənəsini yaşayıblar.