Xəbərlər
Dərc edilib:10.10.2019 13:18
Baxışlar:82

"Sağlam gənclik naminə" adlı layihəsinin icrası baş tutub

Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə 8 oktyabr 2019-cu il tarixində Gəncə şəhərində fəaliyyət göstərən 21 nömrəli və 16 nömrəli tam orta məktəblərində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası məqsədi ilə "Sağlam gənclik naminə" adlı layihəsinin icrası baş tutub. Tədbirin əsas tərəfdaşları Gəncə şəhər Təhsil İdarəsi, Gəncə Regional Ombudsman Mərkəzi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsi və Gəncə şəhər Narkoloji Dispanserdir. Tədbirdə iştirak edən qonaqlar narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs ediblər.
         Hər iki tədbirin sonunda sosial videoçarx izlənilib. 250-dən artıq iştirakçısı olan yeniyetmələrə layihə ilə bağlı maarifləndirici əyani vəsaitlər paylanılıb.