Xəbərlər
Dərc edilib:08.11.2019 15:00
Baxışlar:138

Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraqdar” İntellektual Oyunu keçirilib

07 noyabr 2019-cu il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək, gənclərin vətənpərvər ruhda tərbiyə olunması, dövlət rəmzlərinə hörmət hissinin aşılanması məqsədilə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraqdar” İntellektual Oyunu üzrə rayon birinciliyi keçirilib. Oyun iştirakçıları onlara verilmiş sxemlər əsasında Heydər Əliyev Meydanı, Bayraq muzeyi, Dövlət Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, Uzunömürlülər muzeyi, Tarix-Diyarşünaslıq muzeyinin kordinatlarını tapmış və onlara verilən tapşırıqları icra etmişlər. Yarışda 10 komandanın tərkibində 50 nəfərdən çox gənc iştirak etmişdir. Sonda “Armada” komandası I yeri, “Şahdəniz” komandası II yeri, “İstiqlal” komandası isə III yeri tutmuşdur. Qalib komandalara idarənin kuboku, müvafiq dərəcəli diplomları və Dövlət Bayraqları təqdim olunub.