Xəbərlər
Dərc edilib:08.11.2019 15:25
Baxışlar:106

Şəmkirdə Dövlət bayrağı günü qeyd edilib

 

Nəfəsli orkestrin müşayiəti ilə dövlət himni səsləndikdən sonra, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, əsgərlər və rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə, 500-ə yaxın şəmkirli Şəhidlər Xiyabanından Bayraq Meydanına yürüş ediblər.

Əsgərlər 100 metrə uzunluğunda olan Azərbaycan bayrağını Şəhidlər Xiyabanından Bayraq Meydanına gətiriblər. Daha sonra məktəblilər marş sədaları altında tədbir iştirakçılarının qarşısından keçiblər.

Sonra musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.