Xəbərlər
Dərc edilib:08.11.2019 18:00
Baxışlar:107

“İRADƏNLƏ QALİB GƏL!”

 9 noyabr-Bayraq günü münasibəti ilə “İRADƏNLƏ QALİB GƏL!”  şüarı altında keçirilən tədbirlər çərçivəsində 8 noyabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbayacan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Park Bulvar Baku”nun tərəfdaşlığı ilə “Bayraqdar İntellektual oyunu” baş tutub.

Oyun bilik,  komandada işləmək,   tez qərar vermək bacarıqlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, eyni zamanda, tanınmış şəxslərini bilməyi tələb edirdi. 

Oyun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilib. Qonaqlara Azərbaycan bayraqları hədiyyə edilmiş, yeniyetmə və gənclərin üzlərinə rəngli boya ilə gənc rəssamlar tərəfindən bayrağımızın rəngləri çəkilmişdir.

https://youtu.be/aDscr-A10c4