Xəbərlər
Dərc edilib:08.11.2019 17:45
Baxışlar:58

“Bayrağımız qurur mənbəyimizdir” şüarı ilə fleşmob keçirildi

08 noyabr 2019-cu il tarixdə Astara şəhərində   9 noyabr – Dövlət Bayraq günü münasibəti ilə “Bayrağımız qurur mənbəyimizdir” şüarı ilə rayonun könüllü və vətənpərvər gənclərin ümumrayon  bayraq yürüşü və fleşmob keçirilib. 

   Kütləvi yürüş Astara şəhərinin 3 məkanından  start götürərək  Astara   Dənizkənarı Park Bulvar Kompleksində yerləşən Dövlət Bayraq Meydanına doğru istiqamət götürmüşdür. 1-ci istiqamətə Şəhidlər Xiyabanından start verilmiş və Heydər Əliyev prospekti - Nizami Gəncəvi - Şahin Əliyev - 28 may  küçələrini əhatə etməklə,   2-ci istiqamətə Heydər Əliyev Mərkəzinin yanından start verilmiş Ramil Məmmədov - Nizami   Gəncəvi - Cəfər Cabbarlı - 28 may  küçələrini əhatə etməklə,  3-cü istiqamətə  Səməd Vurğun küçəsindən start verilmiş və  Heydər Əliyev prospekti - İstiqlaliyyət keçidi - Azərbaycan prospekti - Nizami Gəncəvi küçəsi - 28 may  küçəsini əhatə etməklə Dövlət  Bayraq Meydanında başa çatmışdır.Kütləvi yürüşün  umumi məsafəsi 5300 metr olmuşdur.

   Yürüşdə iştirak edən könüllü və vətənpərvər gənclər, tələbələr, idmançılar əllərində “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür”, “Bayrağımız qürur mənbəyimuzdur” , “Yaşasın Azərbaycan”,  “Müstəqilliyimiz əbədidir”,  “İlhamla irəli”  və s. şüarlardan ibarət plakatlar,  18mx9 m ölçüdə böyük Azərbaycan bayrağı və normal ölçülərdə Azərbaycan bayraqları ilə Dövlət Bayraq Meydanına daxil olmuşlar. Dövlət Bayraq Meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr olunmuş vətənpərvərlik mahnısının musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayraqları dalğalandırılmışdır.Sonra sülh rəmzi olan göyərçinlərin, üç rəngli Bayrağımızın rənglərinə boyanmış şarların səmaya buraxılması və könüllü gənclər tərəfindən “AZƏRBAYCAN BAYRAĞI”  sözlərinin iri hərflərlə sıralanıb yazılması ilə fleşmob keçirilmişdir.Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc”  mahnı və rəqs  ansamblının solisti Rövşən Cabbarovun ifa etdiyi vətənpərvərlik mahnıları ilə yekunlaşmışdır.

   Tədbirdə ümumən 4500 nəfər iştirak etmişdir.

   Tədbirlər haqqında məlumatlar, foto şəkillər və video rolik Gənclər və İdman Nazirliyinə, Astara Rayon İcra Hakimiyyətinə, Astara RGİİ-nin facebook səhifəsinə,yerli və respublika KİV-nə göndərilmişdir.