Xəbərlər
Dərc edilib:08.11.2019 17:50
Baxışlar:65

Lənkəranda möhtəşəm bayraq yürüşü

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar  Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər Gənclər və İdman İdarəsiLənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilib. Bayram yürüşünə rayon rəsmiləri, 1000-dən çox lənkəranlı gənc qatılıb.
Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən “Bayraq yürüşü” şəhərin H.Əliyev prospektinin girəcəyindən start götürüb. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər 4 km-lik məsafədə yürüş edib.
Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi
 “Qarabağ Azərbaycandır! şüarı yürüş boyu səsləndirilib.İzdihamlı yürüşü vətənpərvərlik ruhunda mahnılar müşayiət edib.     3 rəngli Azərbaycan bayrağının əzəmətlə dalğalandığı bayram yürüşündə iştirakçılar varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.
Yürüş iştirakçıları əminliklə bildiriblər ki,Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” .