Xəbərlər
Dərc edilib:10.11.2019 20:03
Baxışlar:168

“İradənlə qalib gəl!”

9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçirilmişdir. Bu sırada:

  • 1-3 noyabr tarixlərində Nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində “Açıq qapı” aksiyası keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu təşəbbüsə Şamaxı və Masallı Gənclər və idman İdarələri də könüllü olaraq qoşulmuşdur. Tədbirlərdə bütövlükdə 20 minədək gənc iştirak etmişdir;
  • 4 noyabr tarixdə Bakı şəhərində VI Bayraq Festivalı keçirilmişdir. Bayrağımızın tarixi ilə bağlı xüsusi hazırlanmış və ilk dəfə təqdim edilmiş bədii kompozisiyanı 800-dən  artıq gənc tamaşaçı izləmişdir;
  • ·  4-8 noyabr tarixlərdə bir sıra rayonlarda nigaha daxil olan gənc ailələrə Azərbaycan Bayrağı hədiyyə edilmişdir. Bu Ümumilli lider Heydər Əliyevin “Hər evdə, hər ailədə Azərbaycan Bayrağı olmalıdır!” sözlərinə əməli cavabdır. Bu təşəbbüs ölkəmizdə yeni ənənənin qoyulmasında birinci addımdır.  (Zaqatala, İsmayıllı və s. )
  • ·  Eləcə də anadan olan uşaqların valideynlərinə də təntənəli şəraitdə  Azərbaycan Bayrağı hədiyyə edilmişdir. Həmin ailələrə Bayrağımız ən sevincli anlarda, yeni körpənin gəlişi ilə daxil olmuşdur. Biləsuvarda isə “Hər kəsə bir bayraq” aksiyası Heydər Əliyev Parkında keçirilib. Bu aksiyalar 18 rayonda keçirilib (Şabran, Siyəzən, Ağsu,Ağdaş, ismayıllı, Şamaxı, Sabirabad, Neftçala, Yardımlı, Səlyan, Gəncə Tovuz, Göyçay, daşkəsən , Bərdə, Goranboy, Tərtər , Qəbələ, Oğuz) – 200 dək.
  • gənclər “Bayraqdar” intellektual-əyləncəli komanda yarışında iştirak edib. Yarışda məqsəd tapşırıqları həll etməklə daha çox Bayraq toplamaqdır. Açıq havada, gəzinti, istirahət və ticarət sahələrində keçirilən bu oyun rayonlarda böyük maraqla izlənilmişdir. Oyun həm də gənclərin öz rayonları, Azərbaycanın tarixi, mədəniyyəti, təbii sərvətləri, coğrafiyası, tanınmış insanları haqqında biliklərini artırmaq, bununla da daha şüurlu vətəndaş tərbiyə etməkdir.(Sumqayıt, Zərdab, Qobustan, Şirvan, Hacıqabul, Lənkəran, Neftçala, Biləsuvar, Lerik, Mingəçevir, Samux, Şəmkir, Balakən, Qax, Oğuz, Şəki) – 1700 iştirakçı.
  • ·   Tərtərdə, Yardımlıda, Xızı, Saatlı, Lənkəran, Samux, Ağcabədi, Bərdədə müstəqil Azərbaycanın rəmzi olan Bayrağı  tərənnüm edən vətənpərvərlik mahnıları gənclər tərəfindən ifa edilmişdir (“Açıq mikrofon” formatında) – 500 nəfər
  • Yevlaxda gənclər Bayrağımızı sağlam həyat tərzi tədbirləri vasitəsi ilə tərənnüm edib. Bu rayonlarda “SportFest” əyləncəli yarışları təşkil edilmiş, yüzlərlə gənc onlarda iştirak etmişdir.
  • Abşeron, Gədəbəy, İsmayıllı,
  • Lerik və bir sıra digər rayonlarda  gənclər milli intellektual oyunu olan “Xəmsə” və digər intellektual yarışlarda iştirak edib. Bu dəfə bütün suallar müstəqilliyimiz, dövlətimiz, Bayrağımızla bağlı olumuşdur.
  • Veloyürüşlər keçirilib – Kürdəmir, Salyan və s. 1000 nəfərədək
  • 8 noyabr tarixində Bakının Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Xətai, Xəzər rayonlarında “Bakı gözəl şəhər” şüarı altında təmizlik aksiyası keçirilmişdir. Rayon İcra hakimiyyətləri tərəfindən ayrılmış ərazilərdə 1500 dək gənc könüllü iştirak etmişdir. Bu gənclərimizin Bayraq Gününə töhfəsi idi.
  • 8 noyabr tarixdə “Park Bulvar Baku” TM-də “Bayraqdar” intellektual-əyləncəli komanda yarışı keçirilmişdir. Burada olan şəhər sakinləri və paytaxtımızın qonaqları gənclərin Bayrağı qazanmaq üçün yarışını izləmişdirlər.
  • 8-9 noyabr tarixlərində bütün rayonlarda gənclər Heydər Əliyevin abidəsi, Şəhidlər Xiyabanı, Bayraq Meydanını birləşdirən marşrutlar üzrə üçrəngli Bayrağımız altında kütləvi yürüşlərdə iştirak etmişdir. Bu yürüşlərdə minlərlə gənc iştirak etmişdir.

 

Bayraq Günü ərəfəsində çoxsaylı fərqli tədbirlərin keçirilməsi nəticəsində:

-      müxtəlif maraqları olan gəncləri bir araya gətirdi;

-     sosial əhəmiyyətli aksiyalar gəncləri passiv izləyicidən fəal iştirakçıya çevirdi;

-     bütün tədbirlərin ümumi şüar altında keçirilməsi bütün ölkə gənclərin birliyin artırdı.

 

Bütövlükdə bu aksiyalarda 100 minədək gənc iştirak etmişdir.

Nazirliyin YOUTUBE kanalına bu həftə ərzində 80-dən artıq videosüjetlər yüklənib (və onların sayı artacaqdır).