Xəbərlər
Dərc edilib:18.11.2019 16:30
Baxışlar:144

Açıq birincilikdə İsmayıllı komandası birinci oldu

17 noyabr 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə İsmayıllının Kürdmaşı kəndində İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Qobustan rayonları və Bakı şəhər cüdoçularının iştirakı ilə açıq rayon birinciliyi keçirilib.
Tədbirin təşkilatçıları sırasında Rayon Gənclər və İdman idarəsi,Cüdo Federasiyasının şimal bölgə nümayəndəliyi Kürdmaşı bələdiyyəsi və Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi olub. Açıq birincilikdə İsmayıllı komandası birinci, Qobustan komandası ikinci və Qəbələ komandası üçüncü yeri tutub.Yer qazanmış komandalar diplom və medallarla təltif ediliblər.