Xəbərlər
Dərc edilib:19.11.2019 09:47
Baxışlar:105

Budo döyüş növü üzrə Astara rayonun açıq çempionatı keçirildi

     15-17 noyabr 2019-cu il tarixlərdə Astara Boks Mərkəzində Astara rayon Gənclər və İdman İdarəsi və Astara Budo Döyüş Növləri Klubunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 17 noyabr Milli Dirçəliş gününə həsr olnmuş uşaqlar, yeniyetmələr və gənclər arasında  Budo Döyüş Növləri  üzrə  Astara rayonun açıq çempionatı keçirildi. 

     Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Budo  döyüş növü üzrə rayonda təlim məşqlərin müntəzəm olaraq  keçirildiyini, idmançıların respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə nail olduqlarını qeyd etdi. Yarış  17 noyabr Milli Dirçəliş gününün qeyd olunması, gənclər arasında dövlətçilik ruhunun,  vətənpərvərlik tərbiyəsinin təbliği və tərənnümü, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Budo Döyüş idman növünün kütləviliyinin inkişaf etdirilməsi məqsədi ilə keçirilir. Yarış Dövlət Himninin səsləndirilməsi ilə başladı.

       Daha sonra çıxış edən Beynəlxalq dərəcəli hakimlər Fariz Mirzəyev, Qavamzadə Əlirza, Ramiq Məmmədov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, Azərbaycan dövlətçiliyin tarixi günlərinin qeyd edilməsinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvərlik tərbiyəsindəki önəmindən bəhs etmiş və idmançılara uğurlar arzuladılar.

      Yarışda 9 komanda-Astara rayonundan beş, Masallı rayonundan iki və Bakı şəhərindən iki komanda olmaqla,  80 nəfər idmançı, 20 nəfər məşqçi, hakim və nümayəndə, 7 nəfər  təşkilatçı, cəmi 115 nəfər iştirak etmişdir.

              Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Rayon  Gənclər və İdman İdarəsinin və Astara Budo Döyüş Növləri Klubunun  diplomları və medalları ilə təltif olundular.