Xəbərlər
Dərc edilib:19.11.2019 16:15
Baxışlar:206

Yardımlıda ilk dəfə səs verən gənclərlə görüş keçirildi

 19 noyabr 2019-cu il tarixdə Yardımlı rayon Mədəniyyət Mərkəzində Rayon Gənclər və İdman idarəsi tərəfindən ilk dəfə səs verəcək gənclərlə seminar keçirildi. Seminarda ilk dəfə səs verəcək gənclərə səsvermə zamanı qanunun tələblərinə riayət etmələri haqqında və Seçki məcəlləsi haqqında Gənclər və İdman idarəsinin rəisi Anar Alışov tərəfindən ətraflı məlumatlar verildi. Tədbirdə 72 saylı Yardımlı Masallı seçki dairəsi tərəfindən gənclər üçün hazırlanmış seçki prosesini və səsverməni əks etdirən videorolik Dairənin sədri Qabil Canaliyev tərəfindən izahlı şəkildə nümayiş etdirildi. Tədbirdə Sonda gəncləri maraqlandıran suallara cavab verildi.