Xəbərlər
Dərc edilib:02.12.2019 16:00
Baxışlar:97

İsmayıllıda Beynəlxalq Əlillər günü münasibətilə nərd yarışı keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyəti və Gənclər və İdmanİdarəsinin birgə təşkilatçılığı,Qarabağ Müharibəsi  Əlilləri, Veteranları və Şəhid  Ailələri İctimai Birliyinin rayon filialının, DSMF rayon şöbəsinin və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin iştirakı ilə Beynəlxalq Əlillər gününə həsr olunmuş nərd yarışı keçirilib.
              Maraqlı keçən yarışın nəticəsi olaraq II qrup əlil, Əməkdar müəllim Şəfaqət Rəsulov birinci, parolimpiyaçı I qrup əlil Şakir Ömərov ikinci və Qarabağ müharibəsi əlili Azər Kərimov üçüncü yeri tutublar.
  Qaliblərə tutduqları yerə uyğun medal və diplomlar, qiymətli hədiyyələr 3 dekabr 2019-cu il tarixdə “Röya” şadlıq sarayında keçiriləcək tədbirdə təqdim olunacaqdır.