Xəbərlər
Dərc edilib:14.01.2020 15:00
Baxışlar:1136

"Canlı kitabxana" intellektual oyunu keçirilib

"Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramınınmüvafiq yarımbəndinə müvafiq olaraq , gənclər arasında mütaliə vərdişlərinin artırılması  məqsədilə "Canlı kitabxana" intellektual oyunu keçirilib.

Oyunda gənclər Mir Cəlal, Çingiz Abdullayev, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Qurban Səid kimi güclü qələmə malik yazıçılarımızla yanaşı dünya ədəbiyyatında da əsərləri ilə iz qoymuş A.Puşkin, V.Hüqo, A.Düma, A.Kristi , R.N.Güntəkinin məhşur əsərlərini oxucu qismində iştirak edən 100-ə  yaxın gəncə çatdırdılar.

Sonda "canlı kitab" rolunu oynayan gənclərdən biri püşkatma ilə V.Hüqonun "Edam məhkumunun son günü" adlı əsərini hədiyyə qazandı.

İştirakçılar Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olundular.