Xəbərlər
Dərc edilib:24.01.2020 17:04
Baxışlar:124

İsmayıl İsmayılov vətəndaşlarla görüşdü

   24 yanvar 2020-ci il tarixdə Gənclər və İdman  nazirinin müavini  İsmayıl İsmayılov Lənkəran şəhərində  Lənkəran, Lerik şəhər və rayonundan  olan vətəndaşları  qəbul  edib.  Qəbulda  ümumilikdə 11  nəfər  vətəndaş  iştirak  edib.

Müraciətlər  “Gənclər evi”nin tikintisi, idman qurğularının    idman  avadanlığı ilə təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  və s ilə bağlı  olub.

     Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyətı üzrə  göndəriləcəyi  bildirildi.