Xəbərlər
Dərc edilib:24.01.2020 17:35
Baxışlar:183

“Yüksəliş” müsabiqəsinin Astara rayonunda ” Səyyar Qeydiyyatı”

      23 yanvar 2020-ci il tarixində Astara şəhəri,"Şindan" hotelinin qarşısında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar Qeydiyyat” xidməti aparılıb. Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək.. Vətəndaşlara qeydiyyatdan ötrü hər bir texniki dəstək göstərilmişdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçiblər

     Tədbirin açılış mərasimində və gedişatında Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri Səfail Məmmədov,Asiman Qasımlı,Tural Eyvazov,Fikrət Talıbov,Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev,idarənin əməkdaşları İqrar Cəfərov,Rufan Şirinov, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri çıxış edərək müvafiq tədbirin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırılıblar.

       Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və dirgərlərin idarə olunması nəzərdə tutulur.

       Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq.Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

      Yekunda 25 nəfər astaralı  "Yüksəliş" müsabiqəsnin“Səyyar Qeydiyyat” xidmətindən faydalanıb.